Hasarın o tayında... Hələ də sağam. Əgər buna sağ demək mümkündürsə... Adım Ayvi Uestfalldır. On altı yaşlı satqınam. Üç ay əvvəl prezidentin oğlu Bişop Lattaymerə məcburən ərə verilmişəm - savaşı uduzmuş tərəfin bütün qızları evlilik adı altında qaliblərin oğullarına satılır. Amma mənimlə bağlı vəziyyət fərqli idi. Çünki xüsusi bir missiyam vardı: Bişopu öldürmək. Bunun əvəzində mən ona aşiq oldum. İndi isə mən qovulmuş, sivilizasiyadan kənar torpaqların vəhşətinə atılmışam. İntəhası, ümid burada da ölmür. Hasarın bu tayında da həyat var. Amma mən öz keçmişimi keçmişdə qoya bilmirəm. Çünki əməllərim Uestfall hadisələrinin gedişatında elə bir xəyanət zənciri yaradıb ki, bu, bizim hamımızın, ələlxüsus da Bişopun taleyini dəyişəcək. Beləliklə, bu dəfə yalnız sağ qalmaq yetərli deyil... "Yaxşı işlənmiş obrazlar, mürəkkəb dünya quruluşu, o cümlədən dolaşıq münasibətlər, siyasi azğınlıq və xəyanət oxucularda bu seriyanın ikinci kitabına tələbat yaradır" - SLJ
ISBN:
9789952513691
Genre:
Detektiv
Publishing house:
Teas Press
Binding:
Paperback
Author:
Emi Encel
Pages::
300
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Kitabın sonunda bütün suallarımın cavabını aldım və çox məmnun qaldım. Çox məntiqli idi.
Bu detektiv roman düşünməyə və təxmin etməyə məcbur edir. Çox bəyəndim!
Similar products
Frequently bought together