Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən “Kataloniyaya məhəbbətlə” kitabını qələmə almışdır.
Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox “narahatlıq” yaradıb, ona görə də ciddi “əl gəzdirilərək” buraxılıb.
ISBN:
9789952364491
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Corc Oruell
Pages::
255
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Mənə dərindən təsir edən əsərlərdən biri oldu. Oxuduqca hisslərimi idarə etməkdə çətinlik çəkirdim. Əla əsərdir!
Bu əsər Oruellin İspaniya Vətəndaş Müharibəsi zamanı yaşadıqlarından bəhs edir və müəllifin siyasi baxışlarını və müharibənin təsirlərini ətraflı şəkildə araşdırır.
Similar products
Frequently bought together