Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəman – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zaman ora yollanır, vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə, Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik, ermənilərin fransızlara vurduğu yaralardan da xəbərdar olub mövzusunu dəyişir.
Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cümhuriyyətinin qurulması, 1920-ci il bolşevik istilası, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə, əslində, qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur.
ISBN:
2000027193400
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Əlibala Məhərrəmzadə
Pages::
280
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products