Tanınmış Azərbaycan yazıçısı Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” romanı sovet dönəmində gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub və üzərindən illər keçsə də, yenə də maraqla qarşılanır. Hələ doğum evində ikən səhv salınmış Leylanın başına gələnlər, onun bu sirdən xəbər tutacağının qorxusu ilə yaşayan ata-ananın həyəcanı, Leyla və Göydəniz arasındakı məhəbbət, bu eşq uğrunda etdikləri fədakarlıqlar əsərin əsas mövzusudur. Bu roman öz maraqlı süjet xətti və səmimi təsviri ilə oxucunun diqqətini çəkəcəkdir. “Bulvarın daş hasarı üstdə, arxası dənizə tərəf oturmuş Fəridə mat-məəttəl Əkrəmə baxdı. Onun geniş alnına tökülən çal saçlarına, xırda, göy ləkələrlə örtülmüş məyus sifətini, çapıq qaşını, qara çeşməyi altda tez-tez kirpik çalan, giləsi puç gözlərini, sanki bu dəqiqə danışmağa hazırlaşan qalın dodaqlarını lap yaxından, diqqətlə süzdü. Çoxdan tanıdığı bu insana qarşı qəlbində olan hörmət, mərhəmət bir anlığa gizli məhəbbətə çevrildi. Fəridənin qarşısında dayanmış Əkrəm papirosunu sümürərək fikirləşir, bəlkə də deyəcəyi sözləri ölçüb-biçirdi.”
ISBN:
									9052900479326
								Genre:
									Roman
								Publishing house:
									Hədəf nəşriyyatı
								Author:
									Salam Qədirzadə
								Pages::
									200
								language:
									Azerbaijani
								Метка:
									Ekspress
								Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together
 
		 
