“Kiməm mən” şəxsi inkişaf üçün nəzərdə tutulmuş, müəllifin həm öz həyat təcrübəsinə, həm də müxtəlif tipli araşdırmaların nəticələrinə əsaslanan, həyatda uğur qazanmaq üçün vacib olan ümumi prinsip və qaydaların toplusundan ibarət kitabdır. Kitabda həmin prinsip və qaydaların real həyatda tətbiq edilməsinin nəticələri və bunun insanlar üçün faydaları haqqında konkret məlumatlar təqdim edilir. Bu məlumatlar oxucuya uğur əldə etmək üçün özündə olan potensialın, yəni SUPER GÜC-ün asanlıqla tapılmasına və bu gücün real həyatda hansı tətbiq dairələrində faydalı ola biləcəyinə xidmət edir. Kitabın məqsədi oxucunun sonda bütün prinsip və qaydaları mənimsədikdən sonra özündə olan SUPER GÜC-ü aşkarlamaq və onu real həyatda tətbiq edərək uğur qazanmaq üçün nəticə kimi verilmiş şərti düstura uyğun olaraq addımlarını daha əminliklə atmasına kömək etməkdir.
Genre:
Şəxsi inkişaf
Publishing house:
AFpoliqrAF
Binding:
Paperback
Author:
Elvin Səfərov
Pages::
139
language:
Azerbaijani
Product reviews 4
Bu kitabı oxuyarkən bir çox məqamda özümü tapdım. Həm motivasiya verdi, həm də düşünməyə vadar etdi. Şəxsi inkişafla maraqlanan hər kəsə rahatlıqla tövsiyə edə bilərəm.
Əsl mənə lazım olan kitabdır
Pros:
Səmimi, savadlı,xoş niyyətlə yazılmış
Review text:
Səmimi, savadlı,xoş niyyətlə yazılmış kitab.Yaradıcılığınız davamlı olsun! Bravo!
Bu kitabı mən müəllifdən hədiyyə kimi alıb oxumuşam. Məncə çox faydalı kitabdır. Xeyirli olsun!
Similar products