Rus yazıçısı Andrey Platonovun 1930-cu ildə yazdığı «Kotlovan» romanı müəllifin ən parlaq əsərlərindən biridir. Bu əsər o zamanlar yazılıb ki, bütün sovet nasirləri kollektivləşmədən, sosializm quruculuğundan, əmək romantikasından, sinfi mübarizədən böyük epopeyalar yaradırdılar. Ancaq Platonov dövrün gerçəkliklərinə başqa prizmadan yanaşıb, hər şeyi olduğu kimi verməyə çalışıb. Müəllif «Kotlovan»da ölkənin düşdüyü çuxuru, insanların bu çuxurdan çıxmaq üçün çabalamalarını, ümidsizliklərini, çətinliklərin öhdəsindən gəlmək üçün yetərli gücləri olmadığını aydın şəkildə göstərib.
ISBN:
9789952269710
Genre:
Классика/Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Andrey Platonov
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Qanun nəşriyyatının ən zay tərcümələrindən biridir. Tərcüməci işini can dərdi görüb elə bil. Google translate-də tərcümə olunub təəssüratı yaradır adamda. Amma insaf da yaxşı şeydir, heç olmasa Aysel xanım arada nəyi, necə tərcümə elədiyinə də baxsaydı yaxşı olardı. Heç nə başa düşülmür. Fikirlər çox dolaşıq və mənasız tərcümə olunub. Heç kimə tövsiyyə eləmirəm. Bəlkə tərcüməçi və yayın evi bir az utana. Oxucuya bu qədər hörmətsizlik olmaz. Ayıb deyilən bir şey var!
Similar products
Frequently bought together