Cart is empty
Publishing house: Yay
Free delivery in Baku
ISBN: 9789952515343
Ata Fransanın bir nömrəli polisi olub. İndi də fəaliyyətini qeyri-rəsmi şəkildə davam etdirməkdədir. Böyük oğul cinayət şöbəsində işləyir. Kiçik oğul maliyyə bazarının krallarındandır. Evin sonbeşiyi olan kiçik bacı plaza və hotellərdə varlı müştəri axtarır. İllərdir ərinin fiziki və mənəvi zorakılığına məruz qalan ana isə səbəbi bilinməyən susqunluq içindədir. Morvanlar ailəsinin mayası bir-birinə nifrətdən yoğurulub. Bununla belə, 70-ci illərdə Afrika cəngəlliklərində silsilə qətllər törətmiş və ata Morvan tərəfindən həbs edilmiş Mismar Adam yenidən peyda olanda Morvanlar klanı həmrəylik göstərmək məcburiyyətində qalır. Maliyyə intriqaları, Afrikada qanunsuz mədənçilik fəaliyyəti, yombe caduları və təhlükəli casusluqlar fonunda Morvanlar ailəsi zaman və məkan tanımayan amansız qatillə üz-üzədir. Onlar həyatlarının ən qorxulu imtahanı qarşısındadır - öz iblislərinə cavab verməli olacaqlar. Yunan mifologiyasında lənətlənmiş ailə olan Atridlər kimi Morvanlar da qan gölündə haqq-hesab çürüdürlər. Onlar öz ölülərini respublikanın qızıl mədənlərinin altında basdırır... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Article: 9789952515343
Genre: Detektiv
Publishing house: Yay
Binding: Paperback
Author: Jan Kristof Qranje

comments0

comments

One click buying (only for orders in Baku)