XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
ISBN:
9789952269307
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Qustav Flober
Pages::
428
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Ekspress
Product reviews 2
Əsər Qərb bədii klassikləri arasında ən dəyərlilərdən biridir. Oxumağa dəyər (ancaq yazıçının əsəri gərəksiz yerə uzatdığını düşündüyüm üçün 4 ulduz verdim).
“Madam Bovari” mene gore Qərb Ədəbiyyatının ən yaxşı klassiklərindən biridir. Əsər, romantik, xəyalpərəst, məntiqdən çox hissləri ilə hərəkət edən bir qadının həyat hekayəsini özündə əks etdirir. Psixoloji dərinlik, təsvir və realist yanaşmaları və süjet xətti ilə diqqətləri öz üzərinə çəkən əsərdir.
Similar products
Frequently bought together