Uşaqlar üçün yüzlərlə macəra və həyəcan dolu kitabın müəllifi olan Roald Dahlın "Matilda" romanı yeni tərtibatda!
Valideynlərinin fərsiz hesab elədiyi Matilda əslində, olduqca istedadlı, qeyri-adi balaca qızdır. Getdiyi məktəbin evdən fərqli olacağına ümid edən Matilda burada da məyusluqla qarşılaşır. Çünki, orada balaca uşaqlara nifrət edən qəddar
məktəb direktoru – Xanım Trunçbul ilə üzləşir.
Bir dəfə Trunçbul Matildaya zərbə vuranda o, qəflətən özündə fövqəladə güc olduğunu kəşf edir. Beləliklə Matildanın şər qüvvə Trunçbula qarşı savaşı başlayır!