Amerika yazıçı-jurnalistləri: Fletçer Nobel və Çarlz Beylinin qələmə aldıqları "Mayın yeddi günü" romanı siyasi detektiv janrının ən parlaq nümunələrindəndir. Bunu əsərin 50-dən artıq əcnəbi dilə tərcümə olunması, milyonlarla nüsxədə və təkrar-təkrar nəşr edilməsi də sübut edir.
Romanda hadisələr Amerikada baş verir. Pentaqon rəhbərliyinin ABŞ-da mülki hakimiyyəti ələ keçirmək təşəbbüsü və kimlər tərəfindən bu niyyətin qarşısının alınması yolları əsərdə olduqca axıcı bir dillə təsvir edilmiş, hadisələrin dinamikliyi, dramatizmi çox gözəl işlənib hazırlanmışdır.
Hiss olunur ki, bu roman bir o qədər də təxəyyül məhsulu deyil, Amerika tarixinin son 50 ilində baş vermiş hadisələrin bədiiləşdirilmiş təsviridir.
Əsərdə prezident Limenin obrazı parlaq işlənilib. Məhz bu siyasi liderin örnək fəaliyyəti nəticəsində ABŞ öz konstitusiyasından kənara saçmır və prezident təkcə baş verə biləcək dövlət çevrilişinin qarşısını almaqla kifayətlənmir, həm də başqalarına pis nümunə olmasın deyə, cəmiyyətin fikrində çaşqınlıq yaranmaması üçün onu müvəffəqiyyətlə ört-basdır edir.
ISBN:
9789952266757
Genre:
Detektiv
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Çarlz Beyli
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together