“Oğurluğun əvvəli, o da ay işığında” romanının süjet xətti ötən əsrdən başlayan və günümüzə qədər davam edən bir dövrü əhatə edir. Əsərdə obrazların faciəvi həyatları, içki və narkotik asılılığı, qadına şiddət, psixotravmalı övladlar, sosial ədalətsizlik, gənclərin məhv olmuş arzuları, haqq və ədalət uğrunda mübarizə kimi müxtəlif hadisələr canlandırılıb. Tanrı varmı? Müasir elmi kəşflər, doğrudan da, Tanrı üçün “boş bir sahə” saxlamayıbmı? Bu barədə qeyd edilənlər həqiqətdirmi, yoxsa sadəcə spekulyasiya və iddiadan ibarətdir? Romanda həm də bu suallar ətrafında obrazların zəngin müzakirələri yer alıb. Bütün bunlara baxmayaraq, roman daha çox Lamiyə və Yusifin timsalında saf, səmimi və təmiz məhəbbəti tərənnüm edən bir əsər kimi xarakterikdir. Bəs saf və həqiqi məhəbbət mövcuddurmu? Çətinliklərin öhdəsindən gəlmək üçün sevgi kifayət edirmi? Reallıqla romantika nə qədər uzlaşır? Həyatımıza “toxunan” hadisələr bizdən kənardamı hazırlanır? Yoxsa bu bizim seçimlərin zəruri nəticələridir? Əsərdə bütün bu suallar və onların cavabları həm də obrazların ta leyinə birbaşa təsir göstərən amillər kimi qarşımıza çıxır.
ISBN:
9789952525311
Genre:
Müasir nəsr
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Pərvin Nəsirsoy
Pages::
208
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Çox gözəl yazılmış bir əsər. Hekayənin hər anı maraqlı idi. Müəllifin yazı dili çox təsirlidir. Hər kəsə tövsiyə edirəm.
Similar products