Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub. O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas yaradıcılarından biridir. Azərbaycan ədəbiyyatının inkişafında xüsusi mərhələ olan Cəlil Məmmədquluzadə - «Molla Nəsrəddin» ədəbi məktəbi ideallarının yeni tarixi şəraitdəki görkəmli davamçılarından biri kimi Sabir Rüstəmxanlı ədəbiyyatda milli-azadlıq düşüncəsinin, müstəqil
dövlətçilik məfkurəsinin, azərbaycançılıq ideyalarının yenidən dirçəldilməsində mühüm xidmətlərə
malikdir. Bütün bunlar Sabir Rüstəmxanlının yaradıcılığını Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə milli-mənəvi özünüdərk və milli istiqlal uğrunda apardığı mübarizə ilə doğmalaşdırır.
Related products
Similar products
Same category
comments8