Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub. O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas yaradıcılarından biridir. Azərbaycan ədəbiyyatının inkişafında xüsusi mərhələ olan Cəlil Məmmədquluzadə - «Molla Nəsrəddin» ədəbi məktəbi ideallarının yeni tarixi şəraitdəki görkəmli davamçılarından biri kimi Sabir Rüstəmxanlı ədəbiyyatda milli-azadlıq düşüncəsinin, müstəqil
dövlətçilik məfkurəsinin, azərbaycançılıq ideyalarının yenidən dirçəldilməsində mühüm xidmətlərə
malikdir. Bütün bunlar Sabir Rüstəmxanlının yaradıcılığını Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə milli-mənəvi özünüdərk və milli istiqlal uğrunda apardığı mübarizə ilə doğmalaşdırır.
ISBN:
9789952387513
Janr:
Memuar
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sabir Rüstəmxanlı
Səhifə sayı:
368
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 12
Həyatdan sonrakı mənzərələr, ruhun əbədiliyi haqqında çox düşündürücü fikirlər var. Bu cür dəyərli kitabı ərsəyə gətirdiyi üçün müəllifə dərin minnətdarlığımı bildirirəm.
Ali Nino-dan alış-veriş etmək həmişə rahat və asandır. Kitabların seçimi genişdir və çatdırılma sürətlidir. Təşəkkürlər.
Müştəri xidməti çox yaxşıdır, suallarıma tez cavab verildi. Kitabı da bəyəndim, oxumağa dəyər.
Heydər Əliyevin ölümü həqiqətəndə son deyil! Azərbaycan xalqının qəlbində qurduğu taxtda daimi yaşacaq mötəbər şəxsiyyət! Şərəf hissi duydum bu kitabı oxumaqdan.
Rüstəmxanlının kitabları, insanın həyatında bir çox sualları aydınlatır. Onun yazıları, insanı hər dəfə yeni bir perspektivdə düşündürür.
Heydər Əliyev xalqının xilaskarıdır! Sabir Rüstəmxanıyada minnəttaram bu kitab üçün. Masamın üstündəki ən qiymətli kitabdır.
Xalq şairi Sabir Rüstəmxanlının yazılarını mən maraqla oxuyuram. Kitab mükəmməl!
Heydər Əliyev irsinin öyrənilməsi, yaşadığı şərəfli ömür yolunu oxuculara çatdırlmağı məqsədi ilə əla vasitədir bu kitab. Sabir bəyədə minnəttaram kitab üçün.
Heyranliqla oxudum. Məncə ulu öndərə olan sevgi və hörmət başqa bu qədər gözəl təsvir edilə bilməzdi .
Heyranlıqla oxudum, çox axıcı və sadə dildə qələmə alınıb. Oxuduqca ulu öndərimizin və xalq şairimizin səmimi, təvazökar hisslərini duymamaq mümkün deyil. Oxumağa dəyər ❤️
Sabir Rüstəmxanlının əsərlərini, şeirlərini həmişə sevə-sevə oxumuşam. İndi də ulu öndər Heydər Əliyev haqqında yazdıqlarını oxumaq daha da sevindirdi məni. Ürəkdən gələn sözlərlə yazılmış, çox qiymətli bir kitabdır.
Bizim Heydər babamız! Biz usaq olanda Heydər Əliyev dövlət televiziyasında çıxışlar edərkən ailəmiz bizə deyirdi ki, susun, sakitce dinləyək Heydər babamız çıxış edir. Hələ uşaq yaşlarımdan dahi şəxsiyyəti sevməyə başlamişdim. Yaş ötdükcə dahi insanın Azərbaycan xalqının xilaskarı olduğunu anladım. Təbiki əziz liderimdən bəhs eden bu kitabı oxumasam olmazdı. Sizə minnətdaram alinino, möhtəşəm kitabı satınızdan əldə etdim.
Bənzər məhsullar
Bununla birlikdə alırlar