Əvvəlki üç kitabıma ad seçərkən əvvəl qəribə səslənən, sonra isə doğmalaşan adlara üstünlük vermişdim. Bu qaydama sadiq qalaraq “KVAN”, “UBUNTU” və “ALAMO13”-dən sonra sizi “ONQAKU” sözü və kitabı ilə tanış etmək istəyirəm. Kitabda olan yazıları oxuyarkən “ONQAKU”nun təsirinə düşməyinizi arzu edirəm. Yapon dilində musiqi sözünü ifadə etmək üçün on+gaku birləşməsindən istifadə edilir. On “səs”, gaku isə “xoşuna gəlmək” deməkdir. Xoşumuza gələn səsləri bir yerə yığanda musiqi yaranır. Yazı yazarkən adətən musiqiyə qulaq asıram. Bu kitabda “Yeraltı musiqi silsiləsi” adı ilə sosial şəbəkədə 2 il ərzində yazdığım 100 yazı toplanıb. Əksər yazılar fərqli bir musiqi parçasının, video və ya müsahibənin təsiri ilə yazılıb. Bəzən elə olub ki, bir musiqinin müşayiətində iki-üç yazı gəlib barmaqlarımın ucuna…
ONQAKU ilham pərisini rəqsə dəvət edən gənc yazarın 100 yazısıdır. Eyni zamanda onun yazılarının ruhuna hopan musiqi parçalarıdır.
Coşqun Kərimov
ISBN:
2001252314639
Genre:
Müasir nəsr
Publishing house:
Bookzone
Binding:
Yumşaq
Author:
Coşqun Kərimov
Pages::
265
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Personajlar çox canlı təsvir olunmuşdu, hər biri unudulmaz idi. Hər birinin fərqli xüsusiyyətləri onları çox real göstərirdi.
Əsər məni tamamilə ovsunladı, müəllifin qələmə aldığı hər şey çox canlı və təsirli idi.
Similar products