Məhəmməd peyğəmbərin həyatı bir çox şair-yazıçıların
diqqətini cəlb edib. Müxtəlif zamanlarda peyğəmbərdən
bəhs edən maraqlı əsərlər yazılıb. “Peyğəmbər” pyesi bu
mövzuda ərsəyə gəlmiş ən yaxşı əsərlərdəndir. Müəllif real
tarixi hadisələrə müraciət edib. Lakin əsərin məzmunu yazıldığı
dövrün hadisələri ilə sıx bağlıdır. Pyesdə “düşünüb
haqqı bulan” insan peyğəmbər səviyyəsinə qaldırılır. Dünyanı
öz məhvərinə qaytarmaq missiyası onun üzərinə qoyulur.
Ağlın-kamalın, mərifətin və mənəvi eşqin bəşəriyyət
üçün əhəmiyyəti göstərilir. Pyesdəki Peyğəmbər həm də Cavidin
həqiqət və ədalət axtaran ənənəvi qəhrəmanlarından
biridir.
Related products
Similar products
Same category
comments0
comments