Məhəmməd peyğəmbərin həyatı bir çox şair-yazıçıların diqqətini cəlb edib. Müxtəlif zamanlarda peyğəmbərdən bəhs edən maraqlı əsərlər yazılıb. “Peyğəmbər” pyesi bu mövzuda ərsəyə gəlmiş ən yaxşı əsərlərdəndir. Müəllif real tarixi hadisələrə müraciət edib. Lakin əsərin məzmunu yazıldığı dövrün hadisələri ilə sıx bağlıdır. Pyesdə “düşünüb haqqı bulan” insan peyğəmbər səviyyəsinə qaldırılır. Dünyanı öz məhvərinə qaytarmaq missiyası onun üzərinə qoyulur. Ağlın-kamalın, mərifətin və mənəvi eşqin bəşəriyyət üçün əhəmiyyəti göstərilir. Pyesdəki Peyğəmbər həm də Cavidin həqiqət və ədalət axtaran ənənəvi qəhrəmanlarından biridir.
Məhsulun kodu:9789952381658
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Hüseyn Cavid
Səhifə sayı:
200
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
şərhlər1
Əvvəl bacım oxumuşdu, sonra mənə verdi oxudum. Kitabın kağızı çox qalındır əldən-ələ keçib amma əzilmir.
şərhlər1