O uşaqlar həyatlarındakı qara günləri, illəri silmək üçün hekayələrini anlatmaq istəməz.
Bütün uşaqların həyatı rəngli şəkillərdə gördüyümüz tablo kimi xoşbəxt, firavan keçmir.
O balaca qəlblərində gücləri çatmayacağı qədər yük daşıdılar.
Onlara hər kəs baxdı, amma çoxları gözlərindəki yaşı, səssiz fəryadı görmədi.
Sevgi və mərhəmətlə, içdən gələn səmimi duyğularla onlara baxılanda isə qəlblərinə günəş doğurdu və onları isidirdi.
Onlar uşaq idi, uşaq...
Həyatlarına bir deyil, on adamın hekayəsini sığdıran vaxtından tez böyümüş uşaqlar...
Bu da müharibə görmüş uşaqların hekayələridir.
comments0
comments