İtaliya uşaq ədəbiyyatının yaşayan ən böyük yazıçılarından olan Luçia Tumiatinin insanı həm sevindirən, həm də kədərləndirən, hərdən ağladan, hərdən də güldürən “Qarda uçmaq istərdim” kitabı... Serco öz içində daim Nənəsi ilə danışır, onun üçün burnunun ucu göynəyir, xəyalında, yuxularında, yaşadığı məmləkətdə – hər yerdə onu axtarır, onu soraqlayır, ancaq heç cür tapa bilmir. O hey Nənəsinə suallar verir, daxili arayışla öz uşaq dünyasını kəşf edir. Serco sinif yoldaşlarından fərqlənir; hadisələrə, ətraf aləmə yaşıdları kimi reaksiya vermir. Qəlbi məchul bir həsrətlə alışıb-yanır. Amma özünü nə qədər sorğu-suala çəksə də, bu məşum duyğunun niyə, nə üçün yarandığını tapa bilmir. Nəhayət, bir gün anasından gözlənilməz xəbər eşidir və Serconun bütün həyatı dəyişir. Tumiati ana laylası kimi həzin, şirin dillə bizə “özünü fərqli hiss edən” bir uşağın hekayəsini nəql edir.
ISBN:
9789952525182
Genre:
Uşaq Ədəbiyyatı
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Luçia Tumiati
Pages::
96
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Möhtəşəm əsər, gözəl tərcümə və keyfiyyətli çap. Mütləq oxunmalı, oxudulmalı.
Similar products
Frequently bought together