Amerika xüsusi xidmət orqanları ona Alpinist, ruslar isə Veteran ləqəbi veriblər. Əvvəllər DTK-da, sonra isə Azərbaycan təhlükəsizlik orqanında işləmişdi. İndi isə bazası Əfqanıstan dağlarındakı mağaralarda yerləşən, ələkeçməz terror təşkilatı sırasına yeridilmişdi.
Əslində, o kimdir? Bu suala cavab verməyə, yəqin ki, Füzuli Hüseynovun özü də çətinlik çəkər. Lakin bu amil bir o qədər də əhəmiyyət kəsb etmir, əhəmiyyətli olan yalnız onun aldığı, yerinə yetirəcəyi tapşırıqdır. Terrorçuların “çirkli” nüvə silahı hazırlayan məxfi laboratoriyası məhv edilib, lakin hazır “məhsullu” iki konteyner naməlum istiqamətdə yoxa çıxıb. Tez və ya gec onlar minlərlə insanın həyatını təhlükə qarşısında qoyaraq haradasa “peyda olacaq”. Buna yol vermək olmaz. Və onda Veteranın vaxtı gələcək – qisas silahınısa məhz o özü əvəz edəcək…
ISBN:
9789952368697
Genre:
Detektiv
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Çingiz Abdullayev
Pages::
248
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 9
Kitabın süjet xətti məni ilk səhifədən özünə çəkdi. Hadisələrin necə bitəcəyini təxmin edə bilməmək həyəcanı artırırdı. Tam tövsiyə edirəm.
Hər şeydən əvvəl bu kitab insana qələbənin sadəcə uğur olmadığını, arxasında böyük fədakarlıqların və qurbanların dayandığını xatırladır.👍
Kitab oxucuya hər an yeni ipucları verərək düşünməyə və analiz etməyə sövq edir. Möhtəşəm final və tamamlayıcı izahatlar əsərə dərinlik qatır. Dedektiv sevənlər üçün oxumağa dəyər bir əsərdir.
Əli və Ninodan aldığım bu detektiv əsər əsl şah əsər idi. Hər səhifəsi həyəcanla doludur, sonluq isə gözlənilməz oldu. Ümumiyyətlə, Çingiz Abdullayevin kitabını oxuyub da bəyənməmək mümkün deyil. 👍👍
Əsər həqiqətən sürükleyici və düşündürücüdür. Detektiv janrında hekayələr mənim üçün həmişə maraqlıdır. Abdullayevin kitablarını hər kəsə tövsiyə edirəm.
Maraqlı əsərdir 👍👍👍..
Bu əsər məni dərindən düşündürdü. Hər bir hadisə mənə təsir etdi, müəllifin qələmindən çıxan hər kəlmə çox güclüdür.
Kitabın hər bir səhifəsində yeni bir sirr açılırdı. Oxuduqca daha da maraqlı gəldi. Yorulmadan oxudum.
Çingiz Abdullayevin romanları insanın ruhunu hər dəfə dəyişdirir. Onun qurğuları və təsvirləri insanı həyatın mənasını dərk etməyə kömək edir.
Similar products
Frequently bought together