Salam Qədirzadənin “Qış gecəsi” romanı XX əsrin əllinci illərində yazılıb. Müəllifin oxunaqlı dillə təqdim etdiyi personajların prototiplərinə indinin özündə də rast gəlmək olar. Çünki onlar həmişəyaşar mövzunun qəhrəmanlarıdır. Elə indi də valideyn-övlad borcu, nakam məhəbbət, xeyirxahlığın gözəlliyi, hərislik və onun acı nəticələri, həyata əşya gözü ilə baxmaq kimi söhbətlərə biganə qalmaq mümkün deyil. Ananı əvəz etmiş pozğun qadının oğulluğunu evdən uzaqlaşdırmasına, atanın onu taleyin çətin, enişli-yoxuşlu yollarında başsız buraxmasına acımaya bilmirsən. Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50-60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər fərqli rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da, romanda yenə maraqlı, cəlbedici və əhəmiyyətli mətləblər çoxdur. “Qış gecəsi” romanı da sevgi romanı adlandırıla bilər. Əsərdə Böyük Vətən Müharibəsindən sonra yaşayan gənclərin həyatından, sevgisindən, çətinliklərindən danışılır. Roman “Tarçalan oğlan”la Ceyran adlı bir qızın nakam məhəbbəti, yaşadığı hislər haqqındadır.
ISBN:
2000195714636
Genre:
Roman
Publishing house:
Hədəf nəşriyyatı
Author:
Salam Qədirzadə
Pages::
288
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together