Tanınmış fransız yazıçısı Aleksandr Dümanın ədəbi irsi zəngindir (300-ə yaxın əsər). Yaradıcılığa 1825-ci ildə dramaturq kimi başlamışdır. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. Romanları maraqlı və dinamik süjet xəttinə malikdir. Onların nikbin, cəsur və zirək qəhrəmanları hər cür maneələri dəf etməyə qadirdirlər. Dümanın “Qraf Monte Kristo” macəra romanın mövzusunu yaşadığı dövrdən götürmüşdür. Bundan başqa Üç muşketyor , Dəmir maskalı adam , “İyirmi ildən sonra”, Qara zanbaq kimi əsərləri də sevilərək oxunur.
Related products
Similar products
Same category
comments1