2012-ci il avqustun 31-də Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ömürlük həbs cəzası çəkdiyi Macarıstandan Vətənə ekstradisiya olundu. Bu hadisə təkcə Azərbaycan və Ermənistanda deyil, beynəlxalq aləmdə də qəfil partlayan bomba effekti yaratdı. Ekstradisiya necə hazırlanmışdı, necə həyata keçirilmişdi. 2010-2021-ci illərdə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Vilayət Quliyev oxuculara təqdim edilən kitabında hadisələrin pərdə arxasına işıq tutur, ictimaiyyətə bəlli olmayan bir sıra məsələlərə aydınlıq gətirir. Sənədli nəsr nümunəsi kimi diqqəti çəkən kitab zəngin faktiki materiala əsaslanır, maraqlı və cəlbedici dillə qələmə alınıb.
ISBN:
9789952380712
Genre:
Tarix
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Vilayət Quliyev
Pages::
192
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Burada Azərbaycan əsgəri Ramil Səfərovun başına gələn hadisələr, onun məhkəmə prosesi və azadlıq uğrunda mühakimə olunması ilə bağlı beynəlxalq diplomatik proseslər ətraflı təhlil edilir. Səfərovun həyat yolu ilə bağlı bu əfsanəvi hadisəyə nəzər salmaqla, kitab oxuculara obyektiv məlumat verir, beynəlxalq hüquq və diplomatiya sahəsində ciddi məsələləri öyrədir.
Hər bir azərbaycanlının oxumalı olduğu dəyərli bir kitabdır.
Similar products
Frequently bought together