Gəmi qəzasından güc-bəla sağ çıxan qəhrəman ayağı torpağa dəyəndə çox sevinir. Lakin bu sevinc uzun çəkmir. O, kimsəsiz bir adaya düşmüşdür. Bütün gücü ilə xilas olmağa çalışır. Amma... Adada düz 28 il tək qalır. Bir yandan vəhşi təbiət, o biri yandan dəniz quldurları... Bütün mübarizəni təkbaşına aparır. Dəli olmamaq və nitq qabiliyyətini itirməmək üçün tutuquşularla söhbət edir. Zamanı tutduğu gündəliklə hesablayır. Hər gün başına gələnləri yazır. Günlərin birində isə adada yerlilərə rast gəlir. Mədəni dünya ilə heç bir əlaqəsi olmayan bu insanlarla ünsiyyət qurmaq çox çətindir... Möhkəm iradə və dözümlülük haqqında ən gözəl əsərlərdəndir. Süjet xətti real həyatdan götürülmüşdür.
ISBN:
2000923378451
Genre:
Uşaq ədəbiyyatı
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Daniel Defo
Pages::
432
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Weight, gr:
450
Product reviews 4
Kitabım gözlədiyimdən də tez gəldi, çox sağ olun.
Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur.
Mağazada sıxlıqdan qaçmaq üçün onlayn alış-veriş etmək mənim ideal variantdır. Nə lazım olsa rahat şəkildə seçib sifariş edə bilirəm. Bu gün kitablarımıda onlayn aldım. 👍👍👍
Uşaqlıq illərimin ən yaxşı kitabı
Similar products
Frequently bought together