Vurğunluq…
Gözəllik…
Eşq və savaş. Təkcə könüllərin yox, alınların,
sümüklərin və gözlərin od tutub yandığı savaş.
Qəhrəmanlarını – Yavuz Sultan Səlimi də, Şah İsmayılı da
tarixin pilləkənində bir pillə aşağı endirən, bir pillə yuxarı qaldıran savaş.
Çaldıran.
İndi Çaldıran nə 500 il geridə, nə 500 il irəlidədi.
Savaş meydanında sehrbazın gördüyü nəydi?
Qızılbaşlıq!
Sünnilik!
İqtidar ehtirası.
Eşqin çöküntü kimi dondurduğu zaman!
Qorxu? Bəs o?
Yazıçı bir az da qorxuların üstünə gedəndi.
Tarix irəliyə doğru açıldıqca ağacın kökləri də görünəcək.
Ələvi də, Sünni də o kökə bağlıdı. O torpaqda birdi.
Kölgələr böyüyübsə, işığa yox, qorxuya qalib gəlmək lazımdı.
Daha nəsilləri qaranlıq və tutqun işığın hegemonluğu boğmasın.
Bir daha eşq!
İqtidar atının belində küləyə və alova doğru gedən iki hökmdar.
Şah və Sultan…
Dünya incisi zərif və əsil-nəcabətli qadınlar… Andlarına sədaqətli kişilər.
Nağıl qədər həqiqət.
Sehrləyici olduğu qədər ümidverici.
İsgəndər Palanın
“Şah və Sultan” romanı hər cümləsi eşqlə oxunacaq kitabdı…
Türk dilindən tərcümə: Nəriman Əbdülrəhmanlı
ISBN:
9789952266023
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
İskender Pala
Pages::
384
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
İsgəndər Palanın "Şah və Sultan" əsəri haqqında çoxlu müsbət fikirlər eşitmişdim. Ancaq kitabı 50-ci səhifəyə qədər güclə oxudum. Ümumiyyətlə türk yazıçıları fərqli yazırlar, oxumaq olmur. Eyni şeyi Orxan Pamukun "Mənim adım qırmızı" haqqında deyə bilərəm.Bir daha türk yazıçılarının kitabını almayacam. Bizimkilər milyon dəfə gözəl yazırlar.
Similar products
Frequently bought together