Şerlok Holms – dünyanın ən populyar detektivi.
Hətta yazarını da kölgədə qoyan, dünyanın hər tərəfində heykəlləri qoyulan bir xarakter. Unikal şəxsiyyəti və macəraları ilə oxucuları 1887-ci ildən bəri ovsunlamağa davam edən bir personaj. Ser Artur Konan Doyl bu əsəri yazarkən, onun 85 dilə çevriləcəyini təxmin etməmişdi. Şerlok Holms – müqəddəs kitablardan və lüğətlərdən sonra dünyada ən çox oxunan kitabdır. “Qorxu vadisi”, “Dördlərin işarəsi”, “Baskervillərin iti”, “Al-qırmızı etüd” və neçə-neçə maraqlı hekayədə Holmsun müşahidə və məntiqin köməyi ilə bir çox cinayətə aydınlıq gətirdiyinin şahidi olacaqsan.
Şerlok Holms bəzən evdən çıxmadan müəmmalı cinayətlərin üstünü açan unikal fenomendir. Dörd roman və 50-dən çox hekayədən ibarət bu külliyyatda Holms onlarla cinayətin üstünü açır. Ədəbiyyat dünyası bir çox detektiv ortaya çıxarıb. Amma onlardan heç biri Şerlok Holms qədər populyar ola bilməyib. Cinayətləri açmaqda rasional məntiqə üstünlük verməsi onu dünyanın ən məşhur detektivinə çevirib. Holms, haqqında ən çox film çəkilmiş bir xarakterdir. Buna görə Ginnesin Rekordlar Kitabına salınıb.
Pros:
Uşaqlarınıza almalısınız uşaq üçün xeyirlidi.
Cons:
Uşaq heç bir ziyanı yoxdur
Review text:
Uşaqda maraq yaranıbsa alın düzü bir az bahadı Amma bu kitaba dəyər
Pros:
Uşaqlarınıza almalısınız uşaq üçün xeyirlidi.
Cons:
Uşaq heç bir ziyanı yoxdur
Review text:
Uşaqda maraq yaranıbsa alın düzü bir az bahadı Amma bu kitaba dəyər
Pros:
Çox gözəl kitabdır məcə. Dedektivliyi sevən bunu da sevər mən də almaq istəyirəm
Cons:
Kitabın üzü incədir daha qalın Ola bilərdi
Review text:
Bütün hekayələri varsa nə gözəl
Pros:
kitab yaxşi çap edilib yeni göz ağrıtmır
Cons:
Fəqət Al qırmızi etud romani yoxdur xayiş edirem əlavə edin
Review text:
bla bla
Pros:
Bütün əsərıərin birlikdə olması
Cons:
Belə kitabın zəif keyfiyyətdə olması,nazik üz qabığı
Review text:
İllüstrasiyalı və Möhkəm bir kitab olsaydı qiyməti hətta çox olsa belə dəyərdi
Pros:
Çox gözəl kitabdır məndə bundan istəyirəm
Cons:
Biraz bahadı
Review text:
Xoşum gəlir ama pulum yoxdu
Tərcümədə müəllifin emosiyalarının ötürülməsi çox uğurlu alınıb. Kitabı oxumaq çox xoş idi.