Hər kəsin qaranlıqda qalan bir hekayəsi var.
Bir gənc qanını daşıdığı insanın həyatına son qoyur - oğul atasını öldürür. Ölümdən sonra geridə qalan suallar əks-səda verir: Niyə?
Attar təxəllüsü ilə məqalələr çap etdirən araşdırmaçı yazar Simurq bir gün internetdə bu faciəli hekayəyə rast gəlir və özünü bu labirintdə tapır. Oğulun atanı öldürməsi onun diqqətini cəlb edir və Simurq öz tərəfindən araşdırmaya başlayır. Onu maraqlandıran məhz cinayətin motividir. Oğulu atanı öldürməyə nə məcbur edə bilər?
Araşdırmalar dərinləşdikcə ölümün kölgəsində gizlənən sirlər tədricən üzə çıxır. Ata-oğul münasibətlərinin qaranlıq guşələri dəlilik və sevgi arasında yellənən taleyin mürəkkəb dünyasına açılır.
Araşdırdıqca qatil oğulun - İsmayılın həyatı səhifə-səhifə açılır qabağımızda. Amma sən demə, İsmayılı da, elə Simurqun özünü də idarə edən biri var. Görəsən, kimdir o?
Sürreal dünyaya qapı açan roman reallığın sərhədlərini zorlayan fantastika ilə oxucunu insan təbiətinin dərinliklərinə çəkir. Oxucu çılğınlıqla həmsərhəd olan ata sevgisini, oğul yükünü, insan şəxsiyyətinin parçalanmış cəhətlərini kəşf etdikcə hər sətirdə itib-batacaq.
Əsl cinayət, yoxsa ağıl oyunu? Bu heyrətamiz hekayədə cavabları tapmaq onları mənalandırmaq qədər vacibdir.
“Səslərin Yaddaşı” ölümün sirrini açan, insan təbiətinin qaranlıq və işıqlı tərəfləri arasında dolaşan, sevginin, incəsənətin və ölümün birləşdiyi hekayədir.
ISBN:
9789952852943
Genre:
Müasir nəsr
Publishing house:
Kosmo nəşriyyatı
Binding:
Paperback
Author:
Murad
Pages::
360
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products