Hər kəsin daxilində Tanrıya ünvanladığı müxtəlif suallar var. Həyatı boyu yığılıb qalan suallar. Tanrı isə heç vaxt onlara cavab verməyib. Bəs görəsən Tanrı ilə danışmaq, ondan cavab almaq mümkündürmü? Bunun hansısa yolu varmı? Ümumiyyətlə, Tanrı kimdir? Bizdən istəyi nədir? O haradadır? Bizi eşidirmi? Bizimlə maraqlanırmı?
Nil Uolş kitabında əksəriyyətimiz üçün maraqlı olan məhz bu mövzunu ətraflı, xırda detallarına qədər əhatə etmişdir. İnsan həyatının bütün mərhələləri və bu mərhələlərdə qarşılaşdığımız əksər mövzular barədə tamamilə fərqli yanaşma sadə dildə izah olunmuşdur.
135 həftə ərzində “NewYork Times” qəzetinin ən çox satılanlar siyahısında yerini qoruyub saxlamış və müəllifin ilk kitabı olan “Tanrı ilə söhbət” 1995-ci ildə çap olunmuş, həmin ildə də beynəlxalq bestsellerə çevrilmişdir.
3 hissədən ibarət olan kitabın birinci hissəsində müəllif Tanrının onunla necə danışmağa başladığını izah edir və illərlə daxilində yığılmış sualları Tanrının özünə verir. Kitabda siz də Tanrıya, həyata, hətta özünüzə aid bir çox suala cavab tapacaq, fərqində olmadığınız məsələlər sizin üçün daha da aydın olacaq.
ISBN:
2000923377560
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Nil Donald Uolş
Pages::
272
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Kitab sifarişlərim həmişə çox tez gəlir, amma doğrusu Gəncədə bir filialınızın açılmasını çox istəyərdim. Yenə də sağ olun ki, onlayn sifariş etmək imkanı yaratmısınız. Mənim kimi kitab sevərlərin imdadına yetişirsiniz.
Müəllif çox maraqlı suallar ətrafında fikir yürüdür və həyatın mənasını anlamağa çalışır. Kitabın verdiyi mənəvi dərslərdən faydalanmağa dəyər.
Similar products