Cart is empty

Tanrı illuziyası

Rating product:
(2)
Publishing house: Qanun Nəşriyyatı
Author: Richard Dawkins

Available

Worldwide, Baku and countrywide delivery!
Free Baku delivery for orders over 30 azn!
ISBN: 9789952365719

Dünya şöhrətli alim Riçard Dokinz (26 mart 1941-ci il) elmi dairələrdə görkəmli bioloq və etoloq kimi tanınır. Müxtəlif sorğuların nəticəsinə görə dünyanın ilk on intellektualı sırasında yer alan Dokinz “Eqoist gen” və mədəni irsin daşınma vahidi kimi düşünülən “mem” konsepsiyasını irəli sürməklə, insanın mənəvi aləmində də, darvinçi təkamülə bənzər proseslərin getdiyini əsaslandırır. Yüzlərlə dini və ateistik qaynaqlardan istifadə edilməklə yazılmış “Tanrı illüziyası” kitabında R.Dokinz kainatın fövqündə dayanan hansısa bir ilahiliyin mümkünlüyü ehtimalının çox az olduğunu və bununla bağlı olaraq dini inancların əsaslandığı şəxsləşdirilmiş ilahilik konsepsiyasının illüziyadan başqa bir şey olmadığını sübut etməyə çalışır. Çap olunduğu gündən elmi-kütləvi kitabların sırasında özünə bestseller kimi yer edə bilmiş “Tanrı illüziyası” kitabının Azərbaycan oxucusunun intellektual inkişafına və düşüncələrinin zənginləşməsinə, habelə, dini inanclarla bağlı ən müxtəlif və fərqli fikirlərlə tanış olmasına xidmət edəcəyinə inanırıq.

Article: 9789952365719
Genre: Elm
Publishing house: Qanun Nəşriyyatı
Binding: Paperback
Author: Richard Dawkins
Pages:: 544
language: Azerbaijani

comments2

Oxumağı şiddətlə tövsiyyə edirəm. Düzdür oxuduqda bəzi hissələr anlaşılmaya bilər . Başa düşmək bəzi yerlərdə çətin ola bilər. Səbrlə oxuduqda müəllifi anlamaq olur . belə gözəl kitabın tərcuməsinə görə təşəkkürlər
Çox gözəl bir kitabdır.Kitabın əsasında olan mövzülar bir-biri ilə əlaqəli,ama fərqli mövzülardır.Ancaq hamısının təməli eyni nöqtəyə dayanır.Kitabda demək olar ki,bütövlüklə Ateist-Dindar rəqabəti müzakirə edilir.Əlbəttə,Richard Dawkins bir Ateistdir,yəni düşünə bilərsiniz ki,yəqin ki bu kitabda mövzülara tərəf tutaraq verilir.Ancaq əslində elə deyil,mövzular tərəfsiz bir şəkildə oxucunun qarşısına qoyulur.Baş açması çətin kitabdır,Dawkinsin dediklərini anlamaq elə də asand deyil,və kitab sadə dillə verilməyib.Yəni oxuyub anlamaq vaxt və səbir tələb edir,bir də gərək lazım gəldiyi qədər oxuya-oxuya araştırma eləyəsiz.Çünki bu kitabda müəllif hər səhifəsində fərqli örnəklər verərək özünü anlatmağa çalışır.Ona görə bir dəfəlik oxunuşda hər şeyi anlamaya bilərsiz,ağlınızda suallar qala bilər.Bu kitabda Allahada,Zevsədə,Odinədə,Uçan Makaron divinədə,Fincan İlahisinə də eyni tərzdə yanaşılır,yəni heç bir ayrı seçkilik yoxdur.Müəllif xüsusilə bəzi səhifələrdə dindarlara kinayəli mesajlar verir,və bəzəndə öz ateistlərinə qarşı kinayə ilə yanaşır.Nə olursa olsun alın bu kitabı,çox yararlı bir kitabdır.Bu kitabı həm dindar,həm dinsiz oxumalıdır.Təşəkkürlər bu dəyərli tərcüməyə görə!

Similar products

Yumşaq
Luiza Hey
25%
5.99 AZN
4.49 AZN
Yumşaq
Luiza Hey
25%
7.99 AZN
5.99 AZN
(3)
Hard cover
Ronda Bern
20%
12.99 AZN
10.39 AZN
Paperback
Allan və Barbara Piz
20%
14.99 AZN
11.99 AZN
Yumşaq
Guy Kawasaki
20%
13.90 AZN
11.12 AZN
Yumşaq
Robin Şarma
20%
9.99 AZN
7.99 AZN
Yumşaq
Carmine Gallo
20%
9.99 AZN
7.99 AZN
Yumşaq
Osho
20%
9.99 AZN
7.99 AZN
Yumşaq
Keith Ferrazzi və Tahl Raz
20%
11.90 AZN
9.52 AZN