Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Tanrı illuziyası

Artikul: 9789952365719
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
14.39 AZN
17.99 AZN
Qənaət 3.60 AZN

Yüzlərlə dini və ateistik qaynaqlardan istifadə edilməklə yazılmış “Tanrı illüziyası” kitabında R.Dokinz kainatın fövqündə dayanan hansısa bir ilahiliyin mümkünlüyü ehtimalının çox az olduğunu və bununla bağlı olaraq dini inancların əsaslandığı şəxsləşdirilmiş ilahilik konsepsiyasının illüziyadan başqa bir şey olmadığını sübut etməyə çalışır.  tanri illuziyasi Riçard Dokinz ricard dokins doukins doukinz

Mövcuddur2

Dünya şöhrətli alim Riçard Dokinz (26 mart 1941-ci il) elmi dairələrdə görkəmli bioloq və etoloq kimi tanınır. Müxtəlif sorğuların nəticəsinə görə dünyanın ilk on intellektualı sırasında yer alan Dokinz “Eqoist gen” və mədəni irsin daşınma vahidi kimi düşünülən “mem” konsepsiyasını irəli sürməklə, insanın mənəvi aləmində də, darvinçi təkamülə bənzər proseslərin getdiyini əsaslandırır. Yüzlərlə dini və ateistik qaynaqlardan istifadə edilməklə yazılmış “Tanrı illüziyası” kitabında R.Dokinz kainatın fövqündə dayanan hansısa bir ilahiliyin mümkünlüyü ehtimalının çox az olduğunu və bununla bağlı olaraq dini inancların əsaslandığı şəxsləşdirilmiş ilahilik konsepsiyasının illüziyadan başqa bir şey olmadığını sübut etməyə çalışır. Çap olunduğu gündən elmi-kütləvi kitabların sırasında özünə bestseller kimi yer edə bilmiş “Tanrı illüziyası” kitabının Azərbaycan oxucusunun intellektual inkişafına və düşüncələrinin zənginləşməsinə, habelə, dini inanclarla bağlı ən müxtəlif və fərqli fikirlərlə tanış olmasına xidmət edəcəyinə inanırıq.

ISBN:
9789952365719
Janr:
Elm
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Richard Dawkins
Səhifə sayı:
544
Dil:
Azərbaycan
Метка:
Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 2
Xəqan
05.06.2022 в 22:05
Oxumağı şiddətlə tövsiyyə edirəm. Düzdür oxuduqda bəzi hissələr anlaşılmaya bilər . Başa düşmək bəzi yerlərdə çətin ola bilər. Səbrlə oxuduqda müəllifi anlamaq olur . belə gözəl kitabın tərcuməsinə görə təşəkkürlər
TU
Turqut
24.06.2020 в 18:06
Çox gözəl bir kitabdır.Kitabın əsasında olan mövzülar bir-biri ilə əlaqəli,ama fərqli mövzülardır.Ancaq hamısının təməli eyni nöqtəyə dayanır.Kitabda demək olar ki,bütövlüklə Ateist-Dindar rəqabəti müzakirə edilir.Əlbəttə,Richard Dawkins bir Ateistdir,yəni düşünə bilərsiniz ki,yəqin ki bu kitabda mövzülara tərəf tutaraq verilir.Ancaq əslində elə deyil,mövzular tərəfsiz bir şəkildə oxucunun qarşısına qoyulur.Baş açması çətin kitabdır,Dawkinsin dediklərini anlamaq elə də asand deyil,və kitab sadə dillə verilməyib.Yəni oxuyub anlamaq vaxt və səbir tələb edir,bir də gərək lazım gəldiyi qədər oxuya-oxuya araştırma eləyəsiz.Çünki bu kitabda müəllif hər səhifəsində fərqli örnəklər verərək özünü anlatmağa çalışır.Ona görə bir dəfəlik oxunuşda hər şeyi anlamaya bilərsiz,ağlınızda suallar qala bilər.Bu kitabda Allahada,Zevsədə,Odinədə,Uçan Makaron divinədə,Fincan İlahisinə də eyni tərzdə yanaşılır,yəni heç bir ayrı seçkilik yoxdur.Müəllif xüsusilə bəzi səhifələrdə dindarlara kinayəli mesajlar verir,və bəzəndə öz ateistlərinə qarşı kinayə ilə yanaşır.Nə olursa olsun alın bu kitabı,çox yararlı bir kitabdır.Bu kitabı həm dindar,həm dinsiz oxumalıdır.Təşəkkürlər bu dəyərli tərcüməyə görə!
5 / 5
5 ulduz 1 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 1
Bənzər məhsullar
4.79 AZN 5.99 AZN
Vücudunu sevgi ilə şəfalandır
ədəd
7.99 AZN 9.99 AZN
Özünü sev, həyatını yaxşılaşdır
ədəd
11.99 AZN 14.99 AZN
Sirr
ədəd
11.99 AZN 14.99 AZN
Bədən dili
ədəd
11.12 AZN 13.90 AZN
Startap sənəti 2.0
ədəd
7.99 AZN 9.99 AZN
Dahiliyə aparan yol 2-ci kitab
ədəd
8.79 AZN 10.99 AZN
TED kimi danış
ədəd
9.52 AZN 11.90 AZN
Heç vaxt tək yemə
ədəd
Bununla birlikdə alırlar
4.79 AZN 5.99 AZN
Həyat mozaikasının beş əsas fraqmenti
ədəd
3.99 AZN 4.99 AZN
101 satış
ədəd
11.99 AZN 14.99 AZN
Sirr
ədəd
7.99 AZN 9.99 AZN
İndinin gücü
ədəd
20.79 AZN 25.99 AZN
Kapital XXI əsrdə
ədəd
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
ədəd
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
ədəd