Bu kitab fasilitasiya timsalında uşaqların psixologiyası barədə məlumat əldə edilməsi,
onlarla anlayışlı münasibət yaradılması, problemləri ilə bağlı məlumat sahibi olunması, elementar tədbirlər görülməsi, bununla kifayətlənməyərək, uşağın psixoloji ehtiyaclarının
qarşılanması və onlara lazımi psixoloji dəstəyin əldə edilməsi məqsədilə qələmə alınmışdır. Onların hər sıxıntıda çarə bulmaları üçün səy və çabalarımız valideynlik məsuliyyətinə və onun uşaq üzərində olan təcrübəsinə, valideynlə övlad arasında yaşanan münasibətlərin və ilkin toxunuşların öyrənilməsinə, eyni zamanda bu yöndə istifadə qaydasına yol göstərmək niyyəti qarşıya qoyulmuşdur. Məhz bu kitabla valideynlərin uşaqlar barədəki xəyalları, onların gələcək arzuları, övladını sağlam psixologiya ilə təmin etməsi, hətta onu öz himayəsi xaricində görərək gələcək ailə nümayəndəliyinə məsuliyyət sahibi etməyə nail olmaq kimi nəcib hisslər oyatmaq müəllifin ən ümdə vəzifələrindəndir. Eynən özü kimi valideynlik zirvəsində xoşbəxt və sağlam ana-ata örnəyi hazırlamaq, onu həyata keçirtməyə çalışmaq və bu təqdirəlayiq valideyn-övlad münasibətlərinin qurulması istiqamətində mükəmməl davranışların həyata keçirilməsi üçün
ilham mənbəyi olan kitabımız prinsipial intellekt refleksiyası əsasında düşünülərək maraq
və zövq ilə bərabər, həmçinin şəfqətli duyğularla araya-ərsəyə gətirilmişdir.