«Dəniz atının ardınca suya baş vurmaq» əsəri bizim yaddaşımız, onun fəaliyyəti, iş prinsipləri və yaddaşla bağlı tədqiqatlardan bəhs edir. İnsan beynində yaddaşa cavabdeh olan bu kiçik hissə quruluşca dəniz atına çox bənzədiyindən alimlər ona latıncadan tərcümədə dəniz atı mənasını bildirən hipokampus adını veriblər. İki bacı tərəfindən qələmə alınan kitab müxtəlif reportajlar, müsahibələr, araşdırmalar vasitəsilə insanların xatirələri yadda saxlamaq, unutmaq bacarığı, yaxın və uzun müddətli yaddaş haqqında elmi nəticələrə gəlməyə imkan verir. Kitabda elmi tədqiqatlardan, alimlərin araşdırmalarından, beynimizin, yaddaşımızın müxtəlif şərtlər daxilində fəaliyyətindən söz açılır. Geniş oxucu dairəsi üçün nəzərdə tutulan əsərdə ən müxtəlif yaddaşa malik qəribə insanlardan söz açılır, onların fikirlərinə yer verilir. İxtisasca nevroloq olan yazar beynimiz və yaddaşımız haqda indiyədək bizə məlum olmayan həqiqətləri yorucu olmayan bədii dildə çatdırmağa çalışır.
Biz yaddaşımıza güvənə bilərikmi? Ən yaxşı yadda saxlama texnikaları hansılardır? Ağrı-acılı xatirələrlə, yaxud ümumiyyətlə xatirələrlə necə yaşamaq olar? İnsan yaşantılarından hansını unudub, hansını bir ömür xatırlayacağına özümü qərar verir? Bu, müəlliflərin araşdırdığı, cavab axtardığı sualların yalnız bir hissəsidir.
ISBN:
9789952366662
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Hilde Ostby, Ylva Ostby
Pages::
304
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Müəllifin fikirləri məni düşündürdü. Oxumağa başladıqdan sonra həyatıma başqa gözlə baxıram.
Psixoloji kitab oxumaq mənim üçün çox maraqlıdır və bu kitab xüsusilə təsirli oldu. Həyatımı və münasibətlərimi daha yaxşı anladım.
Similar products
Frequently bought together