Axıb gedən zamandan bizə geri qalan sadəcə xatirələrdir...
Xatirələr qarışıq hisslərdən yoğrulub: günah, qəzəb, qorxu, ümidsizlik,
qeyri-müəyyənlik... və əlbəttə, yaşanan bütün dərdləri unudub xoşbəxt olmaq istəyi...
Patrik Modianonun avtobioqrafik ruhlu "Yatmış xatirələr" romanı müəllifin illərlə yaşadıqlarının
məcmusudur sanki. Əsəri yazıçının gündəliyindən qopmuş vərəqlər də adlandırmaq olar.