Quba xalçaları zəngin naxışları, parlaq rəngləri və özünəməxsus ruhu ilə seçilir. Bu bölgəyə aid xalçaçılıq məktəbində hər kəndin, hər tayfanın toxuma ənənəsi var.
Burada xalçaların növü o qədər çoxdur ki! Adları da özlərinə yaraşır: "Qırız", "Qımıl", "Şahnəzərli", "Cek"... Sanki hər xalça bir hekayə danışır.
Qubaya yolunuz düşsə, bu qədim sənətə daha yaxından baxın. Və ya "Quba xalçası" pini ilə naxışların sehrini gündəlik stilinizə əlavə edin.