Novruz bayramı yaxınlaşdıqca, bir çox ailədə bayram şirniyyatları hazırlanmağa başlayır. Aya bənzər şəkərbura, Azərbaycanda ən sevilən milli şirniyyatlardan biridir.
Düzdür, indi istənilən mağazadan hazır şirniyyat almaq mümkündür, amma evdə bişirilən şəkərburanın ləzzəti başqadır! Adətən bu şirniyyatı hazırlamaq üçün ailənin bütün qadınları, qızları bir araya toplaşır. Biri xəmir yoğurur, biri içlik üçün qoz və şəkəri qarışdırır, biri isə şəkərburalara forma verir. Sonra hamı birlikdə şəkərburaların qıraqlarını burub, üzərini sıx-sıx düzülmüş buğda sünbüllərini xatırladan naxışlarla bəzəyir.
Şəkərbura milli adət-ənənələrin, ailə birliyinin simvoludur. Şəkərbura formasında olan bu döş nişanı hər kəs üçün Azərbaycanı xatırladan gözəl bir suvenir olacaq.
Метка:
Ekspress
Brend:
Jeyran
Ölçü:
28×14 mm
Product reviews
No one has left a review yet. Be the first!
Similar products