Aqata Kristinin "Zəhərlənmiş qələm" detektiv romanındakı hadisələr kiçik bir əyalət şəhərində baş verir.
Ağır qəza keçirən Cerri Bertona həkimi bir müddət sakit yerdə, qalmaqaldan, problemlərdən uzaq mühitdə yaşamağı tövsiyə edir. O, həm fiziki, həm də psixoloji cəhətdən özünə gəlməlidir. Bu səbəbdən bacısı ilə birlikdə kiçik bir əyalət şəhərinə yollanır. Lakin çox keçmədən imzasız məktublar almağa başlayır. Əvvəlcə intihar, sonra qətl hadisəsi baş verir. Hadisələr arasında vurnuxan qəhrəmanımız cinayətkarı tapmağa çalışır.
Üstəlik, Cerri belə qarışıq bir məqamda gənc və heç kəsin diqqətini çəkməyən bir qıza aşiq olur...