"Hikori, Dikori, Dok" kitabında hər şey tələbə yataqxanasındakı kiçik və ilk baxışda əhəmiyyətsiz görünən oğurluqla başladı...
Axı Puaro heç vaxt xırda oğurluq hadisələri ilə məşğul olmurdu?! Lakin, bu kiçik oğurluqlarda Puaronun diqqətini cəlb edən, onun hisslərini yanıltmayan nəsə bir müəmma var!
Tufli, aşpazlıq kitabı, bel çantası, elektrik lampası... Bu xırda oğurluqların görünən pərdəsini qaldırdıqda Puarı və bütün oxucular heyrətdə qalır. Qaçaqmalçılıq, narkotik, intihar, qətl... Düyünlər bir-bir açıldıqca oxucu özünü həyatın pərdə arxasında hiss edir.
Müəllifin üslubu çox maraqlıdır. Hər detal incəliklə işlənib və oxucunu daim gərginlikdə saxlayır.
Ləman
Əli və Nino hər zaman keyfiyyətli xidmət göstərir. Kitabların çatdırılması vaxtında oldu.
Gülşən Seyidova
Çox yaxşı qurulmuş bir hekayədir. Hadisələr dinamik inkişaf edir və hər səhifədə gərginlik artır.
Kamil Kamilov
Cinayətin araşdırılması çox qızğın və müəmmalı şəkildə gedir. Oxuduqca özümü cinayət hadisəsinin içində hiss etdim. Çox maraqlıdır. Hər kəsə oxumağı tövsiyə edirəm.
Rəsulzadə
Kitab mənim oxuduğum ən maraqlı və sürpriz dolu detektiv romanlarından biridir. Süjet xətti çox gözəldir və sonu məni tamamilə heyrətləndirdi.
N. Ramil
Detektiv əsər oxumaq mənim ən sevdiyim məşğuliyyətdir. Bu kitabın hər səhifəsi məni daha da həyəcanlandırdı.
Sima
Detektiv kitabı oxumağa başladığımda, gözümü açıb qapana qədər hər bir səhifənin dadını çıxardım. Müəllifin təfəkkürü və təsvirləri mükəmməl idi.
Bahar
Kristinin qələmi ilə yazılmış əsərlər məni həmişə düşündürür və təsir edir. Onun sözləri məni hər daim yeni fikirlərə sürükləyir..
N- ova Mahirə
Aqata Kristinin yazdığı əsərlər insanın ruhuna müxtəlif hisslər toxundurur. Onun romanları insanı həyatın mənasını dərk etməyə sürükləyir.
Bilal Cavad
Əsərin məni sona qədər maraqlandıran uğurlu bir süjet xətti var. 👍📖
Hüseyn
Agatha Christie, kitablarının sonlarında şübhəli qərarlar və şok edici dənouements (final məntiqi iflaslar) ilə oxucuların maraqlarını qalmasını təmin edir.
Xumar
Əsasən detektiv janrının bir hayranı olaraq, bu kitab mənim üçün müstəqil detektivlik bacarığınin və xarakterin əhəmiyyətini aydın tesvir etdi. Hamiya tovsiye edirem oxusun
Püstə
Christie'nin hekayələri sirrləri və gözlənilməz bükülmələri ilə məşhurdur. O, oxucuları səhifələr boyu maraqlandıran və son səhifələrə qədər sirləri saxlayan ustalıqla qurulmuş hekayələr təklif edir.