Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Sübhandan kitab tövsiyəsi

Ulduzlar,günəş və təbiyyətin bütün füsünkar hadisələri kainat üçün hansı böyük mənaları doğurursa, kitab da insan ruhu üçün o qədər önəmlidir.Biz düzgün kitabları kəşf edib oxuduqdan sonra ətrafımızdakı hadisələrə, insan talelərinə, cəmiyyət rituallarına kor- koranə deyil, artıq analiz məharətimizlə nəzər yetirəcəyik. Bunda isə düzgün kitablar olduqca əhəmiyyətlidir.

Düzgün kitablar insanı düşünməyə sövq edən kitablardır. Fikir verək, biz daha çox hansı mətnlərlə, hansı bilgi ilə kodlanırıqsa, ətrafımızdakı hadisələri də o cür təhlil edirik. Misal üçün tarix və siyasət oxuyan şəxslər əsasən insanın bütün problemini ideoloji kontekstdə analiz edir. Sanki insan özünü məmnun hiss etmirsə, burada mütləq rejim səhlənkarlığı var. Yaxud davamlı psixologiya oxuyan şəxslər zənn edirlər ki, insanın məmnuniyyətsizliyi onun travmaları, sindromları və s. ilə əlaqəlidir. Elmi ədəbiyyat oxuyan qiraətçilər hesab edərlər ki, problemin mənşəyi əcdadlarımızın davamçıları olan bizlər təkamülün sancılarını yaşamaqdayıq. Biznes ədəbiyyatı oxuyan insanlar bunu maddi rifah ilə səciyyələndirər. Fəqət, hər elm, hər mətn bizi öz məna axını üzrə şəkilləndirər və bunun üçün bəzən problemi həqiqətən tapa bilmərik. Uzunmüddətli mütailə, uzunmüddətli axtarış effektini verməyə bilər.

Gerçəklikdə isə bilgi xoşbəxtlik deyildir. Əgər xoşbəxtlik bilgidə olsaydı, yəqin ki, yer üzündə bu problem olmazdı))

Xülasə, mənim sizlərə təqdim etdiyim bu kitablar düşüncəmə görə müdrik ruhu,ali ruhu,geniş ruhu ehtiva edən kitablardır. Bunların işığı ilə irəlilədikdə hər insana,hər hadisəyə,hər zərrəyə öz gözü ilə baxa bilərik.

Buna ümid edirəm və həvəslə bu kitabları sizlərlə bölüşməkdən məmnunluq duyuram.

 

Tolstoy " Hərb və Sülh"
Həyatının və bütün yaradıcılığının kamil dövrünə təsadüf edən bu əsər yazıçının heç şübhəsiz bəşəriyyətə ən böyük töhvəsidir.
600 dan çox personajın yer aldığı bu epopeyada Tolstoy hər bir obrazın xarakteristikasını nadir həssaslıqla cilalamışdır.dünya ədəbiyyatında bu qədər mühüm və ölməz romanlar olduğu halda bu kitab nə üçün ən sevdiyim romandır?
Dahi yazıçı əsərin əsas personajlarını əvvəldən axıra qədər həyatın hər üzündən,hər sınağından məharətlə keçirdir.israrla doya doya həyatı gəzdirir onlara.Ən mühimi isə Tolstoy heç bir personajından qətiyyətlə əl çəkmir.onlara düşüb enən əhval ruhiyyə ilə həyatın hər səhnəsini, tamaşasını daddırır.sürətlər ölümə ən yaxın olduğu halda belə dahi yazıçı yeni ümid qapısı,yeni həyat dalğaları ilə onları başqa okeanlara aparır.Nataşa Rostova,Pyer Bezuxov bu mənada Tolstoyun ən böyük qəhramanları idi.Müəllif hər birimizin yaşadığı bu həyatın mənəvi xəritəsini çizir.əgər biz əsəri haqqı ilə oxuyarıqsa bu kitab həyat üçün,müdrik bir həyat üçün ən gözəl bələdçimiz ola bilər.hər bir obrazın yaşadığı təntənəli həyatı yaxud iztirablı böhranları öz daxili dünyamız ilə səciyyələndirib bütün həyatı yolların sonuna realistik bir işıq tutacağıq.

 


V.Hüqo " Səfillər "
Huqo bu kitabı ilə dünya xalqlarında nə qədər köməyə ehtiyacı olan insan var idisə sanki hamısına hamilik etdi,onların xilaskarı oldu .Onları öz dili danışdırıb bir kitabda birləşdirdi hamısını.Əgər bir kitab ilə insan həyatını dəyişmək mümkdürmü sualı verilərsə məhz bu kitabın adını örnək verə bilərəm.Zənnimcə,Jan Valjan sürətini izləyərkən,onu addım addım təqib edərkən diqqətli oxuyucuda həmin anların içindən keçər və elə axırda da o olmağa qərar verər.Çünki Jan Valjan öz içimizdəki tanrının səsini ehtiva edir.bu personaj vicdanın mücəssəməsidir.

 


F.Dostoyevski " Karamazov qardaşları"
Dostoyevski irsinin tamamilə püxtələşmiş dövrünə təsadüf edən bu kitab yazıçının indiyə qədər qaldırdığı bütün mövzuların,bütün caxnaşmalarən yekun hissəsi idi.Dostoyevski ailə , insanlıq,hummanizm,allah,ateizm,cəmiyyət kimi onu düşündürən bu mövzuları bir araya yığıb onları düha zəkası ilə möhürlərini açmışdır.Dostoyevskinin son kitabı təfəkkür adına bizə buraxdığı ən böyük mirasdır.

 


L. Tolstoy "Dirilmə "
Bir növ Tolstoyun bioqrafiyası hesab olunan bu kitab müəllifin yaradıcılığının ən son dönəmlərinə təsadüf edir.Tolstoy sanki öz vicdanı ilə baş başa qaldığı bu romanda daxili cırpıntılarını Nexlyudovun üzərinə atıb onun üzərindən məsələni aydınlaşdırmağa çalışır.Tolstoyun ruhunda gənclik qocalıq önündə hesab verir sanki.40 yaşına qədər həyatı səhvlər,yalanlar üzərində bərqərar olmuş Nexlyudov sarsıldığı bir hadisədən sonra həyatını dəyişməyə qərar verir və o zaman "Dirilmə " başlayacaq.

 


H.Hesse " Narsis və Qoldmund"
Hesse ruhu ədəbiyyat səltənətində ən inci ən lətif ,ən həssas bir yeri tutmaqdadır.Hessenin ruhunda biz həm Buddanı,Həm İsanı həm Tolstoyu,Həm Russonu,Nitşeni və s görə bilərik
Bu qədər qarmaqarışıq və şedevr ruh onun ən qüdrətli kitablarından olan "Narsis və Qoldumd" əsərində əsərin personajlarının vucudunda da əks olunmaqda idi.Ali Həqiqət yoluna düşmüş bu iki gənc fərqli fərqli yollara rəvan olurlar.Bir Cəbhədə incəsənət,təbiyyət,nəşə,ehtiras,səyahət.Digər cəbhədə isə Din,Elm,Fəlsəfə..
Hesse personajlarını bu yollardan keçirdikdən sonra həqiqəti oxuyucusu ilə birlikdə tapacaqdır.

 


 Baltacar Gracian " Kamillik elmi"
Həyatın 300 simasına aid materialları şəkillədirən bu kitab doğru mövqeyimizi bizə göstərmək barədə ən yaxşı dostumuz olacaq.kitabın hər bir səhifəsi həyatın bir üzünü əks etdirməkdədir.müdrik kəlamları,hikmətli ilə tövsiyələri ilə stolüstü kitabımız ola biləcək qədər əzəmətə sahibdir.

 



Volter " Kandid və yaxud optimizm"
Volter maarifçilik görüşləri ilə bütün Avropanı lərzəyə gətirən dahi mütəfəkkir idi.heç şübhəsiz 19 əsr qızıl əsrin yetişməsində ən böyük pay sahiblərindən biri idi.
Onun şah əsəri isə zənnimcə elə "Kandid" əsəridir.sürgünə məhkum olunmuş Kandid
sürgün boyunca ali həqiqəti tapmağa çalışacaqdır.Adi insanlar kimi miskin sürgün həyat yaşamaq istəməyən Kandidin Amerikadan Avropaya qədər uzanan səyahəti zamanı Kandidin təkamülünə şahidlik edəcəyik.

Products mentioned in the article
15.99 AZN 19.99 AZN
Səfillər
pcs.
14.32 AZN 17.90 AZN
Karamazov Qardaşları
pcs.
9.59 AZN 11.99 AZN
Dirilmə
pcs.
5.59 AZN 6.99 AZN
Kandid, yaxud optimizm
pcs.
3.99 AZN 4.99 AZN
Kamillik elmi
pcs.
12.32 AZN 15.40 AZN
Hərb və sülh (bütün hissələr)
pcs.
7.99 AZN 9.99 AZN
Narsis və Qoldmund
pcs.