Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804-1807 və 1812-1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş “Hərb və sülh” romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.
ISBN:
9789952368017
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Lev Tolstoy
Səhifə sayı:
1024
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 10
Yazıçının dili o qədər gözəl idi ki, bəzən bir cümləni dəfələrlə oxuyurdum. Mütləq tövsiyə edirəm!
"Hərb və Sülh" Tolstoyun əsl epik şah əsərdir. Bu kitab insanların yaşadığı çətinlikləri, müharibənin və sülhün mahiyyətini əsl üzü ilə çatdırır oxycuya. Obrazların gerçəkliyi, və hadisələrin dolğun təsviri əsəri oxumağa bir azda maraq yaratdı məndə.
Çox bəyəndim. Zədəsiz gəldi çatdı əlimə
Dostuma hədiyyə etdim, çox sevindi. İndi həvəslə oxuyur.
Mükəmməllik nümunəsi ..
Əsərdə müharibə və sülh məsələsi hərtərəfli təhlil edilir. Tolstoy bu əsərində insan həyatındakı hər bir fəaliyyətin mənasını və bəşəriyyətin sülh iradəsini vurğulayır. Əsərdə müharibənin bəşəriyyətə gətirdiyi birlik və dağıntılar dərindən araşdırılır, insanın daxilindəki mübarizənin, insani dəyərlərə inamın əhəmiyyəti vurğulanır. Tolstoy həyatın mühüm hekayələrini insanın dünyagörüşü ilə birlikdə müzakirə edərək, insanın mahiyyətindəki mənəvi dəyərləri və insan məqsədlərinin əhəmiyyətini vurğulayır. Bu əsərdə insanın sülh və birlik uğrunda mübarizəsi, həyatın mənası, bəşəriyyətin arzu və müşahidələri müfəssəl şəkildə açılır.
Kitabın məzmunundan çox,Tolstoyun xalqların talehi və iradə haqqındaki mükəmməl fikirləri məni təsirləndirdi.Tərcümə isə söz ola bilməz.
burada bütün hissələr yazmısız və digər tərəfdən də kitabı axtarış etdikdə yenə qanun nəşriyyatdan ikinci cild yazılı bir sülh və müharibə daha önərilir bizə. ikisinin də səhifə sayı eynidir. oxucu başdan sona kitabı oxumaq üçün hansı kitabı almalıdır?
Mükəmməl kitabdır !
Əsərin yazı texnikası və bizim dildəki tərcüməsi qüsursuzdur.
Əsərin yazı texnikası və bizim dildəki tərcüməsi qüsursuzdur.
Möhtəşəm,dərin,mənalı və çox geniş bir əsərdir. Ümumiyyətlə mən şəxsən Tolstoyun bütün əsərlərini sevirəm. Tolstoyun ən sevdiyim cəhətidə bax budur, əsərlərini çox geniş yazır. Hərb və Sülh də bunlardan biridir, içində o qədər xarakterlər, hadisələr varki, hər bir cildini oxuduyub bitirdiyiniz zaman görəcəksiniz ki, bu kitab bir şahəsərdir.Əsər iki hekayə xətti ilə irəliləyir : Biri Peterburqdakı zadəgan ailələrinin arasında keçin hadisələr və fərqli intriqalar, digəri isə Rusiya-Fransa müharibəsi zamanı cəphədə gedən döyüşlər və hərbi hissələrdə yüksək vəzifəli şəxslər arasında gedən mübahisələr. Bəli, nə dayanmısınız, nə olursa olsun bu kitabı alın və dərin bir hekayəyə atılın!
Bənzər məhsullar
Bununla birlikdə alırlar