Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər «Hərb və Sülh» romanında Tolstoy «xalq fikrini», «Anna Karenina»da «ailə fikrini» əsas götürmüşdüsə, «Dirilmə»də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır.
Məhsulun kodu:9789952361896
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Lev Nikolayeviç Tolstoy
Səhifə sayı:
496
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
şərhlər1
Mənim Lev Nikolayeviç Tolstoydan oxuduğum birinci əsər "Herb və Sülh" olub. Ovaxtdan bəri Tolstoy kitablarına marağım yaranıb. Sevə-sevə oxuyuram kitablarını
şərhlər1