Müxtəlif alimlərin hesablamalarına görə, insanların paltar geyinməyə başlaması 40 min ilə 3 milyon il əvvəl arasında dəyişir. Arxeoloqlar və antropoloqların fikrincə, ən erkən geyimlər bədənin üstünə sarılmış və ya bağlanmış xəz, dəri, yarpaq və ya otlardan ibarət idi.
Zaman keçdikcə, inkişaf edən hər şey kimi insanların geyimləri də inkişaf etdi, formasını dəyişərək təkmilləşdi və bugünkü halına çatdı.
Bəs müasir dövrdə hər gün istifadə etdiyimiz geyimlər hansı inkişaf dövrlərini keçib?
Gəlin, bəzilərinə nəzər salaq.
XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı. 1550-ci illərdən başlayaraq, Avropadakı orta və yuxarı sinif qadınlar qalstuk, büzməli yaxa parçası olan paltarlar geyinirdilər. İngiltərədə kraliça Elizabet qadınlara hansı növ geyimləri geyməyə icazə verildiyini diktə etdi. Fransız qadınlar ispan tərzi korsetlərdən və eyni zamanda büzməli yaxa geyindilər. XVI əsrdə geyimlərdə səthi bəzəkləri nümayiş etdirən tikmə üsulu yarandı. Həm XVI, həm də XVII əsrlərdə Rusiyada qadın geyimləri qadının cəmiyyətdə və ya ailələrində yerini müəyyənləşdirdi.
XIX əsrdə qadın geyimləri günün ayrı–ayrı vaxtına və müxtəlif məqsədlər üçün təsnif olunmağa başladı. Yüksək belli paltarlar təxminən 1830-cu ilə qədər məşhur idi. II Dünya Müharibəsi dövründə paltarlar daha incə və hərbi geyimlərə uyğun hazırlanırdı. İkinci Dünya Müharibəsindən sonra Christian Dior tərəfindən irəli sürülən '’Yeni Görünüş’’, moda və qadın paltarlarının görünüşü on il ərzində öz təsirini saxlamışdır.
Bizim indiki kimi tanıdığımız şalvarlar 19-cu əsrdə yaranmışdır. Lakin məlumdur ki, Qədim İranda qadınlar artıq şalvar geyinirdi. Avropada orta əsrlərin əvvəllərində kişilər tunika geyinirdilər, lakin metal yaraq-silahlar bu geyimi qeyri-praktik edirdilər. Beləliklə, corablar, daha sonra isə bricilər kişilər arasında getdikcə məşhurlaşdı. Bricilər dizin aşağısında bərkidilən və altında corab geyinilən şalvar idi. Təqribən 1820-cu illərdə brici baldırı örtən şalvarla əvəz olundu və pantalon adlanmağa başladı. 1830-cu illərdən sonra şalvar topuqlarda daha geniş və daha uzun oldu və o zamandan bəri kişilər üçün əsas geyim növü olmuşdur.
Avropa İntibahına qədər köynək alt paltarı hesab olunurdu. Müəyyən mövqeyi olan insan üçün köynəyin görünməsi qeyri-məqbul sayılırdı. Lakin intibah dövrünün çiyinlərdə, sinədə və qolun altında bağlarla bağlamaq adətini nəzərə alsaq, ağ paltarının gizlədilməsi çətinləşməyə başladı. 1530-cu illərədək köynəyin boyun və biləkdə görünməsi qəbul olunan və dəbli hal hesab olunurdu. Bu hissələrdə paltar dar lentlə bağlanılırdı. 19-cu əsrin sonlarında köynəyi tam göstərmək artıq qəbul edilməyə başladı. O zaman köynəklərin hündür kraxmallı yaxalıqları var idi. Bu yaxalıqlar 1971-ci ildən qatlanaraq bugünkü formanı aldı.
İlk məlum olan ayaqqabı növü səndəllər olmuşdur. Dəlillər göstərir ki, baxmayaraq ki, insanların əksəriyyəti ayaqyalın gəzirdi, səndəllərdən hətta ən ilkin sivilizasiyalarda da istifadə olunurdu. Belə fərz olunur ki, Mesopotamiyada dağa dırmaşanlar təqribən e.ə. 1600-cü illərdə ilk mokasen tipli ayaqqabılar geyinirmişlər. Bu yumşaq ayaqqabının hazırlanmasında ayağı örtmək üçün dəri və birləşdirmək üçün xam gön iplərdən istifadə olunurdu. Stilet dabanların ilk nümunəsi Qədim Misirdə e.ə. 1000-ci illərin qəbirlərində tapılmışdır.