Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Məşhur yazarların çox sevdiyi kitablar

Hər bir oxucunun çox təsirləndiyi və dəfələrlə oxuduğu kitab və ya kitablar vardır. Bu kitablar müxtəlif müəlliflərin fərqli janrlarda yazdığı kitablar ola biler. Kitab oxumaq hər kəs üçün vacibdir. Amma bəzən yüzlərlə kitab arasından seçim etmək çox çətindir.

Yazıçıların müəllif olmaqları ilə yanaşı oxucu olmalarını da düşünsək, təbii ki, onların da çox sevdiyi kitabları vardır. Hətta , onların çoxu bu kitablardan təsirlənmiş, ilham almış və öz əsərlərini yaratmışdır. Bu siyahıda siz məşhur müəllifləri və onların çox sevdiyi kitabları tapa bilərsiniz.

Bu məqalə sayəsində siz də özünüz üçün oxunmalı kitabların siyahısını hazırlaya bilərsiniz.

 Bəlkə, bu kitablar sizə də ilham verəcək, kim bilir?

 

 



K. Rowlinqin sevdiyi kitab:
Jane Austen – Emma

33 yaşında tamamladığı "Emma" romanını Ceyn Ostin özünün ən sevimli əsəri olaraq qiymətləndirir. 

Əyalət qəsəbəsində üç gənc qızın "əsl sevgi" axtarışından bəhs edən roman,
bir tərəfdən insan təbiətinin zəifliklərini, digər tərəfdən isə 19-cu əsr ingilis cəmiyyətinin sərt və ikiüzlü ənənələrini ələ salır.
Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir.
Bu hekayətin kifayət qədər tipik olmayan qəhrəmanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi, sevən atası, var-dövləti, – yalnız əri yoxdur.
O, ümumiyyətlə, öz həyatından tam razıdır, buna görə də kiməsə vurulmaq, ərə getmək arzusu yoxdur.
Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox sevir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur...

 



Ernest Hemingwayın sevdiyi kitab: 
Tolstoy - Anna Karenina


Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

 

 


Henry Millerin sevdiyi kitab: 
Emily Bronte - Tufanlı yoxuşlar

İngiltərədə XIX əsrin ikinci yarısı (Viktoriya dövrü) orta təbəqənin yüksəlişini və parlaq həyat tərzini simvollaşdırır. Qadınların ədəbiyyata qarışmasının yolverilməz olduğu bu illərdə Bronte bacıları əvvəlcə kişi kimi şeirlər yazdılar, sonra öz adları ilə klassiklər arasında yer alacaq üç mühüm roman yazdılar. Emili Bronte 1848-ci ildə vəfat edəndə dünya ədəbiyyatının ən gözəl əsərlərindən birini, ilk və yeganə romanı olan Uğultulu təpələri özündən sonra geridə qoyub getdi. Bu Viktoriya dövrü romanı, bəzilərinə görə, dünyanın indiyə qədər tanıdığı ən böyük sevgi romanıdır; Bəzilərinə görə, hər oxunduqda fərqli ləzzətlər verən əsrlər aşmış bir əsər və ya nüfuzedici ifadə ilə dilə gətirilən uzun bir şeirdir. Ölümündən bir il əvvəl bitirdiyi Uğultulu Təpələrdəki personajların təkcə uydurma insanlar deyil, həm də Brontenin ətrafındakı real insanların dərin izlərini daşıdığı bir həqiqətdir.

 



Vladimir Nabokovun sevdiyi kitab
James Joyce - Ulysses 

Joyce "Ulysses"i yazarkən ilk dəfə olmasa da, yeni bir ədəbi üslubdan istifadə etmək istəmişdir. O, 1904-cü ildə Dublində yaşayan orta təbəqənin altında olan insanlarını bir iyun gününün əvvələrində təkcə nələr etdiklərini deyil, həm də nələr düşünə biləcəklərini də bu əsərində anlatmışdır. 

 

 

Paul Austerin sevdiyi kitab:
Virginia Woolf – Mayaka doğru


Dinc xanım Ramsey və kədərli, lakin gülməli cənab Ramsey uşaqları və qonaqları ilə birlikdə Skye adasına tətilə gedirlər. Yaxınlıqdakı mayak ziyarətini səbirsizliklə gözləyən Ramseylərin kiçik oğlu Ceyms, hava şəraitinin imkan verməyəcəyini deyən atasını tərəfindən məyus edilir və beleəliklə səfər ləngiyir. Gəzinti yalnız illərdən sonra, müharibənin cəmiyyəti, xüsusən də Ramsay ailəsini kökündən dəyişdirdiyi bir dövrdə və fərqli şəraitdə mümkün olacaq.

 


George R.R. Martinin sevdiyi kitab: 
Tolkien - Üzüklərin Hökmdarı


Hobbitlərin yaşadığı kiçik bir kənd. Sehrbaz Qandalf köhnə dostu Bilbo Begginsin 111-ci ad gününə gəlir və onun illər öncə tapdığı üzük haqqında söhbətə başlayır. Bu üzük bir vaxtlar Orta Dünyanın Zülmət Hökmdarı Sauronun idi və öz sahibinə böyük güc verirdi. İndi Sauron Orta Dünya üzərində hakimiyyəti əlinə almaq istəyir. Buna görə də üzüyü məhv etmək lazımdır... Bu işin öhdəsindən Bilbonun qohumu, gənc hobbit Frodo gəlməlidir. Beləcə, doqquz nəfərdən ibarət dəstə – “Üzük qardaşlığı” Sauronun ölkəsi Mordordakı Alov Dağına doğru yola çıxır.

“Üzüklərin hökmdarı” xeyirlə şərin mübarizəsi haqqında gözəl bir nağıl; dostluq, ümid, sədaqət kimi əbədi mövzulardan bəhs edən klassik və ölümsüz bir əsərdir. “Üzüklərin hökmdarı” son yüz ildə ən çox oxunan yüz kitab arasında ilk yerlərdən birini tutur.


Samuel Beckettin sevdiyi kitab:  
J.D. Salinger - Çovdarlıqda Uçurumdan Qoruyan


Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amrrikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

 

 


Mark Tvenin sevdiyi kitab: 

Min Bir Gecə Nağılları 


«Min bir gecə» nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın «şirin xəyalların cazibəsinə» uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcədə mükəmməl ifadəsidir.

Sözlərdən toxunan bu abidə çox qədimdən yaranmışdır, onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.

 


Stephen Kingin sevdiyi kitab: 
William Golding –Milçəklər Tanrısı

“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi za­manı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqla­şaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Bal­lantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yara­dı­lışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.

 



Ray Bredberinin sevdiyi kitab:  
Herman Melville - Moby Dick

Həm ədəbiyyat tarixinin şah əsəri, həm də Amerika ədəbiyyatının ən böyük klassiklərindən biri hesab edilən Mobi Dik, dəniz kimi böyük, dəniz kimi təhlükəli naməlum bir şeyə qarşı çılğıncasına bağlı bir adamın amansız döyüşünün hekayəsidir.

 


Ahmet Ümitin sevdiyi kitab:

Umberto Eco - Qızılgülün Adı 

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir…