Hadisələr xoşbəxt bir dünyada baş verir. Bəşəriyyət sağlamdır, texnoloji cəhətdən inkişaf edib. Müharibələrin və yoxsulluğun kökü kəsilib. Bütün irqlər bərabər və səadət içərisində yaşayır. Ancaq bu dünya ciddi deyil, ironikdir. Ağlagəlməz inkişaf fərd üçün çox vacib olan dəyərlərin məhv edilməsi nəticəsində əldə olunub. Ailə, mədəni müxtəliflik, incəsənət,
ədəbiyyat, fəlsəfə artıq yoxdur. İnsanlar genetik çoxalma ilə nəsil artırır. Təbəqələrə ayrılma doğumdan əvvəl baş verir. Uşaqları inkubator fabrikində yetişdirirlər. Təhsil prosesində
onlara öz təbəqələrinə məhəbbət, yüksək təbəqəyə hörmət, aşağı təbəqəyə laqeydlik aşılanır. Bütün bu səbəblərdən əsərin utopiya, yoxsa distopiya olduğunu söyləmək çətindir. Lakin onu daha çox satirik utopiya kimi səciyyələndirirlər.
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Oldos Haksli
Pages::
288
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products