Bir ev. Bir ailə. Bir yad adam.
Yaddaşını itirən gənc qadın gözlərini tanımadığı bir evdə açır.
Onu “ailəsi” adlandıran insanların heç biri doğma gəlmir. Pər
dələr daim bağlıdır. Çöldən gələn polis sirenaları hamını təşvişə
salır. Hətta qulluqçu belə evdəki əşyaların yerini bilmir. Nəsə
heç düz getmir. Amma nə?
Qızın sualları cavabsız qaldıqca qorxusu artır. Kimdir düş
mən? Kimdir dost? Özünü yad hiss edən qadındırmı? Yoxsa əsl
yadlıq bu evin öz içində gizlənib?
“Məktubdakı qadın” romanından yaxşı tanıdığımız İmran bu
dəfə də heç vaxt susmayan instinkti ilə müəmmalı qətllərin izinə
düşür. Amma düyünləri açmaq göründüyü qədər asan deyil. Hər
cavab yeni bir sirr gətirir, hər sirr isə daha qaranlıq bir dəhşəti
gizlədir.
“Evdəki yad” nəfəs kəsən psixoloji trillerdir. Yaddaş, güvən
və ailə adı altında gizlənmiş qorxunc sirlər romanıdır. Tükürpər
dici atmosferi, gözlənilməz dönüşləri və gərginliyi ilə oxucunu
ilk səhifədən sonuncuya qədər həyəcanda saxlayır.
Əsəri oxuduqca gərginlik həm psixoloji, həm də emosional baxımdan təsiri altına alır. Son 20 səhifəni bitməsin deyə oxumaq istəmirdim.
Hər səhifəni oxuduqca daha çox sual yaranır . Əsərdə bir qadının sevgisizlikdən necə dəyişdiyi, necə psixoloji sarsıntılar keçirdiyi və bunun sonda hansı faciələrə gətirib çıxardığı təsvir olunur. Adətən biz sevgi uğrunda edilən fədakarlıqları, çılğınlıqları görməyə öyrəşmişik. Amma burada sevgisizliyin, laqeydliyin və diqqətsizliyin bir insanı necə dağıtdığını, necə qəribə və təhlükəli yollara çəkdiyini görürük.
Əsər bir növ bizi düşündürür: ətrafımızda nə qədər “Yad” var?!Görəsən biz də “Yad “ deyilik?!Hətta eyni evdə yaşadığımız insan belə, bəlkə də bizə yadlaşıb, biz isə bunu görmürük. Sevgi, diqqət, anlayış göstərilmədikdə, insan ruhən tək qalır və bu tənha ruh bəzən çox ağır nəticələrə səbəb ola bilər.
Bu əsər təkcə bir cinayət hekayəsi deyil. Bu, həm də bir xəbərdarlıqdır - sevgisizlik bəzən sevgidən daha ölümcül ola bilər.