Bizantiondan İstanbula uzanan həyəcanla dolu sərgüzəşt…
Sarayburnunda, Atatürk heykəlinin dibində meyit… meyitin ovcunda antik pul… Amma nə bu meyit son qurban, nə də həmin antik pul son sikkədi… Yeddi qurban, yeddi hökmdar, yeddi sikkə, yeddi qədim yer… Bir də yeganə bir həqiqət – şəhərin sirli tarixi.
“Nevzat, Dəmir, bir də mən dənizdən şəhərə baxırdıq. Dəniz duman içindəydi… Qayığımız duman içindəydi. Sultanəhmədin minarələri, Ayasofyanın qübbəsi, Topqapı Sarayının qüllələri görünürdü. Elə bil heç yandırılmamış, dağılmamış, çirkləndirilməmişdi. Təbiət, mənzərəni çirkləndirən nə vardısa, ağappaq dumanla örtülmüşdü. Günəş doğmazdan əvvəl bir anlığa görünən xəyala oxşayırdı… Sehrli buluda oxşayırdı… Nağıl mənzərəsinə oxşayırdı… Yeni qurulmuş şəhərə oxşayırdı… Yeni başlanğıca oxşayırdı… Gənc, ümidlə dolu, gözəl idi…”
“Nevzat, Dəmir, bir də mən dənizdən şəhərə baxırdıq. Ölülərimizin sifətinə, onların gözlərindəki öz kədərimizə baxırdıq. Əlacsızlığımıza, ovuclarımızda böyüyən bədbəxtliyə, qanımızda artıb-çoxalan qorxaqlığa baxırdıq… Əlimizdən alınan həyata, günəşli günlərimizə, ümid dolu səhərlərə, əyləncəli bahar axşamlarına baxırdıq… Sönən xatirələrimizə, ölən xəyallarımıza, uçub-dağılan arzularımıza baxırdıq… Sönən xatirələrimizi, ölən xəyallarımızı, uçub-dağılan arzularımızı yüklənib yorğun yük gəmisi kimi bizdən uzaqlaşan şəhərimizə, şəhərimizlə birgə itirdiyimiz özümüzə baxırdıq…”
ISBN:
9789952267228
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Ahmet Ümit
Pages::
668
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together