Bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda ‘İnsanın qurtuluşu’ mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oshonun saysız-hesabsız fikirlərini bir kitab
şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.
Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.
Osho reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.
ISBN:
2000923378680
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Osho
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
İntuisiyama güvənib bu kitabı aldım, və haqlı çıxdım. Çox təsirli və maraqlı bir əsərdir.
Əli və Nino mənim sevimli kitab mağazamdır. Sifarişlər həmişə vaxtında və ideal vəziyyətdə çatdırılır. 🤌👍
Bu kitab kişilərə həyatın müxtəlif sahələrindəki çətinliklərin öhdəsindən gəlmək üçün vacib məsləhətlər verir. Sağlamlıq, psixologiya, münasibətlər və kariyera kimi mövzular əhatə olunub. Biz kişilər üçün motivasiya və həyat dərsləri ilə dolu bir əsərdir. Bəylər, mütləq oxumalısınız! Əmin olun vaxtınız boşa getməyəcək!
Bənzər məhsullar
Bununla birlikdə alırlar