Sizin səbətiniz boşdur

Promokodu necə istifadə etməli?

Hər zaman izləyicilərini düşünən www.alinino.az saytı tez-tez endirim kampaniyaları və sərfəli aksiyalar təşkil edərək izləyicilərə endirim promokodu təqdim edir. 
 
Promokod nədir?
Promokod sizə müxtəlif faiz dərəcələrində olan endirim qazandıran vasitədir.  Əsasən aksiya və xüsusi endirim kampaniyaları zamanı  izləyicilərə sayt tərəfindən təqdim olunur. 
  • Qeyd edək ki, istəyinizdən asılı olaraq Elektron Hədiyyə kartlarını istənilən məbləğdə yaratmaq imkanı var. Bunun üçün operatorlarımıza müraciət etməyiniz yetərlidir. 
Promokod necə istifadə olunur?

Promokod yalnız www.alinino.az saytının səbət bölməsində və yalnız bir dəfə istifadə edilə bilər. 

Bir sifarişdə yalnız bir promokod istifadəsi mümkündür. Birdən artıq promokodu (Elektron Hədiyyə kartını) eyni sifarişdə istifadə etmək mümkün deyil. 

Əgər sizin promokodunuz varsa, onu aşağıdakı formada istifadə edə bilərsiniz.
 
1. İstədiyiniz məhsulları səbətinizə topladıqdan sonra səbətə keçid edin. 
2. Səbətinizin  "Promo-kod varmı?" bölməsində sizə təqdim olunmuş  promokodu daxil edin və endirim qazanın!

Qeyd: Promokod dərslik və elektronika məhsullarında, həmçinin 
hədiyyə kartlarının alış-verişində keçərli deyil.  
www.alinino.az saytından sifariş edərkən promokodun istifadəsi haqda daha ətraflı videoizahda tanış olun: