Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Psixoloq Neyroreset Müjgan Məmmədova

Affirmasiya və ya təlqin  müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi  və psixoemosional  fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılmasıdır. Şüuraltına ən tez və asan yolla kodlana bilən qısa pozitiv cümlə birləşmələridir.

Müsbət ifadələr özünə inamı artırır. Bu, özünüzü dəyişdirmək, təkmilləşdirmək və harmoniya tapmaq üçün ən yaxşı yoldur. Təlqinlər köhnə lazımsız fikirləri əvəz edir. Gün ərzində bir neçə müsbət təlqin təkrarlamaqla, beyninizi istəklər yaradan xüsusi fikirlərlə doldurursunuz.

Pozitiv Afirmatsialar necə işləyir?
Təlqinlərin təsiri elmi şəkildə sübut olunubmu? 
Maraqlıdır, bəli. Onlar beyninizi fərqli düşünməyə və dünyaya müsbət baxımdan baxmağa öyrədirlər. 
Təlqinləri təkrarladığınız zaman beyniniz ətrafdakı arzularınıza çatmaq üçün lazım olan şeyləri və ya sadəcə müsbət enerji partlamasına səbəb olacaq şeyləri görür.

Afirmatsiyalar gündəlik həyatda stress və narahatlığın öhdəsindən gəlmək üçün əla bir yoldur. 
Və bunun üçün düzgün münasibət qurmaq lazımdır.  Yorulanda, bəzən ayağa qalxmaq üçün sadəcə özünüzə “Mən bunu edə bilərəm” və ya 
“Mən uğur üçün doğulmuşam” demək lazımdır.

Pozitiv və xoşbəxt bir həyat sürmək üçün özünüzü ruhlandırmaq və motivasiya etmək üçün bu ifadələrdən istifadə edin.

Hər səhər bir neçə dəqiqə oxumaqla başlayın.
Təlqinləri mümkün qədər yavaş-yavaş təkrarlayın. 
Özünüzlə göz təması qurmaq üçün güzgü qarşısında dayana bilərsiniz.

Bunu müntəzəm bir iş rejiminə çevirin. Günləri qaçırmamağa çalışın.

Özünüzə qarşı səbirli olun.
Onları ürəyinizlə və duyğularınızla danışın.

UNUTMAYIN kainatın təməl sistemi alma vermə qanunuyla çalışır;  
Sevgi versək sevgi,  kin versək kin,  qəzəb versək qəzəb alacağıq, biz daxili aləmimizin əksini görürük real dünyada yansımanıza diqqət edin!

PS. Müjgan Məmmədova

 

Afirmatsiyalar gündəlik həyatda stress və narahatlığın öhdəsindən gəlmək üçün əla bir yoldur. 
Və bunun üçün düzgün münasibət qurmaq lazımdır.  Yorulanda, bəzən ayağa qalxmaq üçün sadəcə özünüzə “Mən bunu edə bilərəm” və ya “Mən uğur üçün doğulmuşam” demək lazımdır.