Cart is empty

Maskanın hakimiyyəti

Publishing house: Teas Press
Worldwide, Baku and countrywide delivery!
Free delivery for orders over 50 AZN!
ISBN: 9789952515046

"...Bu qətldən sonra villada daha bir atəş səsi eşidildi. Kristinin yataq otağında kimsə yox idi. Moniçellinin ona bitişik yataq otağı da boş idi. Aqnessa ilə Qorlaçın qaldığı otağın işığı yanırdı, ancaq orada da şübhəli bir şey gözə dəymirdi. Başqa bir yataq otağında olan yarıçılpaq Alisa atəş səsinin haradan gəldiyini anlamamışdı. Yuhan hamamda olduğundan, ümumiyyətlə, heç nə eşitməmişdi.
Onlar üçüncü mərtəbəyə qalxdılar. Lindsi artıq orada onları gözləyirdi. O da atəşi xatırladan boğuq səs eşitmişdi. Onlar Morqunasın qapısını döydülər. O, bir dəqiqədən sonra ağ-göy zolaqlı gülməli xalatda çıxdı. Ancaq o da heç nə eşitməmişdi. Qonşu otaqda isə onlar axtardıqlarını, axır ki, tapdılar. Daniel Barnard döşəməyə uzanmışdı. Yanında tapança vardı..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Maskanın hakimiyyəti" adlı romanında hadisələr uzaq və ekzotik Barbados adasında baş verir.
Hollivud olduzu Kristin Lindeqrenin həyatı təhlükədədir. Əri də milyonçu olan və son vaxtlar on milyonlarla dollarlıq mirasını necə böləcəyindən tez-tez danışan aktrisa ailə üzvləri ilə birgə Barbados adasındakı villasına tətilə getməyə hazırlaşır. Səfərdən qabaq isə ona iki təhdid məktubunun gəldiyini bəyan edərək təhlükəsizlik tədbirləri görməyin vacib olduğunu bildirir. Onun buna əsası var. Bu səfər ərəfəsində villada qəribə hadisələr baş verir: aktrisanın yeniyetmə oğlu sevgilisi olan "şübhəli rus qızı ilə" villaya baş çəkir, bacısının hamilə qızı "naməlum səbəb"dən ölür. Tətil günlərində isə Lindeqrenin əvvəlcə varlı əri, sonra da özü müəmmalı şəkildə qətlə yetiriləcəkdi...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Article: 9789952515046
Genre: Детектив/Detektiv
Publishing house: Teas Press
Binding: Paperback
Author: Çingiz Abdullayev

comments0

comments

One click buying (only for orders in Baku)