Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideyinlərim gözlərimdən ehtiyatlanıb zaman limiti qoyurdular hətta, mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum.
Balaca fənrəim var idi, hərdən işığı satqınlıq edib ifşa edirdi məni.
“Kitab” sözü, “yazıçı” sözü həmişə müqəddəs anlayışlar olub mənim üçün.
Ona
görə indi gördüyünüz qısa məzəli hekayələr toplumunu kitab adlandıra bilmirəm, illah ki, özümü yazıçı.
Bu, sadəcə başıma gələn və qələmə aldığım yumorsitik hadisələrdir, oxuyun, üzünüz gülsün.
Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma əgər hətta bir neçə oxuyucunun dodağlarına təbəssüm qonarsa, mən özümü xoşbəxt hiss edərəm.
comments9