Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideyinlərim gözlərimdən ehtiyatlanıb zaman limiti qoyurdular hətta, mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum.
Balaca fənrəim var idi, hərdən işığı satqınlıq edib ifşa edirdi məni.
“Kitab” sözü, “yazıçı” sözü həmişə müqəddəs anlayışlar olub mənim üçün.
Ona görə indi gördüyünüz qısa məzəli hekayələr toplumunu kitab adlandıra bilmirəm, illah ki, özümü yazıçı.
Bu, sadəcə başıma gələn və qələmə aldığım yumorsitik hadisələrdir, oxuyun, üzünüz gülsün.
Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma əgər hətta bir neçə oxuyucunun dodağlarına təbəssüm qonarsa, mən özümü xoşbəxt hiss edərəm.
ISBN:
9789952547740
Janr:
Memuar
Nəşriyyat:
Mono
Cild:
Yumşaq
Müəllif:
Azər Qərib
Səhifə sayı:
150
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 9
Əli
16.02.2024 в 17:48
Çox maraqlı kitabdır... 👍👍👍👍
Vahid Cavidov
30.05.2023 в 14:26
Çox xoşuma gəldi,həm hekayələrin adlarını,həmdə çəkilən şəkilləri çox sevdim.Hekayələrdə olduqca maraqlıdır.Hamısıda çox axıcı və sadə dildə yazılıb.Bitiməyimə az qalıb, həvəslə oxuyuram 👍🤗
Şirin Rəsulov
10.05.2023 в 23:42
Azər bəy təşəkkürlər. Sözlərə ifadə etmək olmur bu hissi. 🫶🏻
Khadija
09.05.2023 в 16:25
Sosial şəbəkələrdə yazdığı xatirələr zənnimcə daha yumoristik olur. 1 günə rahatca oxuyub bitirdim amma gözləntim daha çox idi açıqçası. 145 səhifə yazılıb amma 50-60 səhifəlik materialdır,sadəcə başlıqlar və şəkillər əlavə edilib.
Cavanşir
09.05.2023 в 15:03
Maraqlı gəldi mütləq alacam )
Vüsal Novruz
30.04.2023 в 19:59
Azer Qəribin başına gelen maraqlı əhvalatlari qələmə alması fikri məni çox sevindirdi.Hekayelerin hamisida çox maraqlıdır.Her kəsə tövsiyə edirəm Oxumağa dəyər 👍👍👍
Zemine
28.04.2023 в 21:05
Bir kitabdan daha da artigidir.Hekayeleri oxuduqca sanki hər dəfəsində bir başqa diyara səyahət edirəm.Cox bəyəndim mən.
Hicran Hüseyli
27.04.2023 в 09:33
Olduqca maraqlı kitabdır.Boyuk zövqlə oxuyuram.Azer Qəribin başına gelen ehvalatlari qeleme alması çox xoşuma gəldi.Hamisida uzumde gülüş yaratdı.Her kese tövsiyə edirəm
Murad
26.04.2023 в 22:29
Bir zamanlar Azər Qəribin, televiziyadakı verilişinə çox həvəslə baxırdım.Ses tembri, aparıcılıq qabiliyyəti məni həmişə heyran edirdi.Indi də kitabını böyük zövqlə aldım,bu kitabıda sevərək oxuyacagimdan əminəm